Bilal Əliyevin yeni mükafatı
Əməkdar artist Bilal Əliyev "El gücü" Beynəlxalq Humanitar Assosiasiyası tərəfindən
"El atası" qızıl döş nişanı və diplomuna layiq görülüb. Aldığı
mükafatdan fərəhlənən
müğənni bundan
sonra da xalqın etimadını doğruldacağını, sənəti
ilə daim Azərbaycanın adını
uca tutacağını
deyir: "El atası" qızıl döş nişanı
1999-cu ildən bu günə kimi cəmi 10 şəxsə
verilib. Bu il də yalnız
mənə nəsib oldu. Onu da
bilirəm ki, mükafatı mədəniyyət
işçilərindən Xalq artisti, professor
Arif Babayev alıb".
Qeyd edək ki, qızıl döş nişanı Azərbaycanın milli bayrağı və 8 guşədən ibarətdir.
Guşənin mərkəzində
ümummilli lider Heydər Əliyevin şəkli öz əksini tapıb.
Əməkdar artist indiyədək bir sıra mükafatlara və diplomlara layiq görüldüyünü
xatırladır. Bunlardan
önəmlisinin məhz
Heydər Əliyevin ona verdiyi fəxri
ad olduğunu deyir. Növbəti yeri isə "El atası" tutur: "Bəzi sənətçilər bir
neçə mükafata
layiq görüləndən
sonra yerə-göyə sığmır,
öyünməyə başlayır.
Hər yerdə "artıq öz sözümü demişəm"
deyir. Bir sözlə, "mənəm-mənəm" kəlməsi
dilindən düşmür.
Mən isə belə xüsusiyyətdən
uzağam. Həmişə
sadə olmağımla
seçilmişəm".
Yeni il axşamı
ilə bağlı yaradıcılıq sifarişlərinin
çox olduğunu deyən B.Əliyev bayramı tamaşaçıların
qarşısında keçirməyə
qərar verib. Yanvarın 1-də isə o, ailəsilə
bir yerdə yeni ili qeyd
edəcək. 2007-ci ili
həyatında uğurlu
hesab edən sənətkar deyir ki, çəkdiyi bütün əziyyətlərin
bəhrəsini məhz
bu il görüb.
Kaspi.- 2007.- 25 dekabr.- S. 17.