İdrisoğlu A.

 

Ustad sənətkar ömrü

 

Zabil Cavadov - 60

 

Onu otuz ildən artıqdır ki, tanıyıram. Vaxtı ilə mənim Sumqayıtda hazırladığım teatrlaşdırılmış bayram şənliklərində, əmək, incəsənət bayramlarında, dövlət tədbirlərində çox yüksək istedadlı sənətkar, kamançanın mahir ifaçısı Zabil Cavadov da çıxış edirdi. O, həm ansambldakı çıxışlarında, eləcə də bəzən solo nömrələrində tamaşaçıları valeh edər və həmişə sürəkli alqışlarla qarşılanardı. Eşidəndə, Zabil müəllimin dekabr ayının 10-da altmış yaşı tamam olur, ilk öncə təəccübləndim ki, axı, bu illər nə tez gəlib keçdi? Həyat niyə belə sürətlə ötüb gedir. Beləliklə, onun çıxış etdiyi konsertlər, Zabil müəllimin cavanlıq illəri yadıma düşdü. Kino lenti kimi gözlərimin qarşısında canlandı.

Zabil Cavadov Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. Harada işləməyindən asılı olmayaraq, elə həmişə Sumqayıta bağlı insan olub. Orta məktəbi də Sumqayıtda bitirib. Kamançadan təhsilini də Sumqayıt Musiqi Texnikumunda alıb. Əsas iş yeri də Sumqayıtdakı Qara Qarayev adına 1 nömrəli musiqi məktəbi olub. Uzun müddət bu musiqi məktəbinin tədris işləri üzrə direktor müavini işləyib. Amma öz sənətindən də dərs deyib. Bu gün respublikada tanınan sənətkarlar - Kazbek Əliyev, Məlik Hacıyev, Azər Hacıbalayev, Rasim Fərzəliyev, Sevil Məlikova, Zərifə Hüseynova, Telman Əliyev və başqaları kamançanın ilk sirrlərini məhz Zabil müəllimdən öyrəniblər. Ustad sənətkar Zabil Cavadov isə vaxtı ilə respublikada tanınan və məşhur olan xalq artisti Baba Salahovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblında, Ağasəlim Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Radiosu və Televiziyasının Baba Salahov adına "Araz" ansamblında da uzun illər çalışmış və respublikanın tanınmış müğənniləri Zeynəb Xanlarovanı, Şövkət Ələkbərovanı, Əbülfət Əliyevi, Sara Qədimovanı, Hacıbaba Hüseynovu, Canəli Əkbərovu, Arif Babayevi, Səkinə İsmayılovanı, Ağaxan Abdullayevi, Alim Qasımovu və onlarca başqalarını müşayiət etmişdir. Bu kollektivlərlə Zabil Cavadov dünyanın çoxlu ölkələrində olmuş, festivallarda və qastrol səfərlərində çıxış etmişdir. Bu haqda söz düşəndə isə o, belə deyir: "Harada olurduqsa olaq, çalışırdıq ki, Azərbaycanın başını hər yerdə uca edək. O vaxtlar Sovetlər Birliyi idi. Bəzi xarici ölkələrdə Azərbaycanı çox az tanıyırdılar. Amma bizim konsertlərdən sonra doğma Vətənimizə tamaşaçıların, əcnəbilərin marağı çox artırdı. Çox vaxt mənim çaldığım kamançaya konsertdən sonra yaxınlaşıb diqqətlə baxırdılar ki, belə ecazkar səs doğrudanmı bu alətdən çıxır. Mən otuzdan artıq xarici ölkədə olmuşam. Amma Türkiyədə, İranda, Almaniyada və keçmiş ittifaqın respublikalarındakı çıxışlarımız yaddaşımda daha yaxşı qalıb. Xarici ölkələrdəki konsertlərimizdə bizim vaxtı ilə Azərbaycandan köçüb getmiş həmvətənlərimiz də gəlib iştirak edirdilər. Onlardan konsert vaxtı və eləcə də konsertdən sonra kövrələnləri çox görmüşəm. Axı Vətən dərdi, Vətən niskili çox ağırdır. Əvvəllər biz cavan olduğumuza görə bunu o qədər də başa düşmürdük. Amma indi yaşlaşdıqca dərindən başa düşürük. Hətta xarici ölkələrdə insanlar olurdu ki, bizdən xahiş edirdilər bir də həmin yerə gələndə onlar üçün Vətən torpağından bir ovuc gətirək. Amma biz o zaman torpağın qədrini onlar kimi bilmirdik. Əgər bilsəydik bu qədər torpaqları ermənilərə verməzdik. Torpaqlarımızı lazım olan səviyyədə qoruyardıq. Ona görə də atalarımız deyib ki, vətənin qədrini ondan uzaqlarda olanlar daha yaxşı bilər".

Zabil Cavadovu hamı işgüzar, xoş rəftar, təşkilatçı insan kimi tanıyır. Zəhmətə həvəs özünün dediyi kimi valideynlərindən keçib. Atası Məmməd kişi uzun illər fəhlə işləyib. Öz övladlarını alın tərilə qazandığı əmək haqqı ilə dolandırdığı üçün onlara da təmizliyi, düzlüyü həmişə təlqin edib. Öz əməllərində Zabil müəllim də həmişə düz olduğuna, həmişə düz söz dediyinə, haqqı müdafiə etdiyinə görə uzun illər Qara Qarayev adına musiqi məktəbinin həmkarlar təşkilatının sədri olub. Corat qəsəbə sovetinin deputatı seçilib. Qəsəbənin və Sumqayıtın bütün mədəni kütləvi işlərində həm təşkilatçı və həm də ifaçı kimi iştirak edib. Özünün düz və pak əməllərinə görə həmişə Zabil müəllimin ətrafına çoxlu insanlar yığışır. O, Sumqayıt musiqiçirinin ağsaqqalıdır. Hamı da ona "ağsaqqal", "ustad sənətkar", deyə müraciət edir. Axı belə şərəfli rütbəni qazanmaq o qədər asan deyil. Baxmayaraq ki, musiqiçir arasında ondan yaşlıları da var, amma bu müqəddəs adları qazanan yalnız Zabil müəllimdir. O da bu adları həm uzun ilr kamançada çaldığı yüksək ifaçığı i, ibadətlə məşğul olması həm pak əməlrilə, sözü bütövlük qazanıb.

Otuz ildən artıq tanıdığım dostumuz Məşədi Zabil Cavadovu mən çoxminli oxucularımız adından altmış yaradıcılıq fəaliyyətinin qırx illiyi münasibəti təbrik edirəm. Altmış qocalığın cavanlıq dövrü ilk pilsidir. Bəzən deyirr ki, insan özünü altmış yaşına qədər öyrənir ondan sonrakı ömrünü daha firavan, qayğısız, müdrikcəsinə yaşayır. Zabil müəllim dekabrın 10-da ömrünün müdriklik pilləsinə qədəm qoyur. Onu bir daha təbrik edirik. Və buna da inanırıq ki, yəqin Sumqayıt şəhərinin rəhbərləri Zabil Cavadovun bu yubileyini şəhər səviyyəsində qeyd edəcək və onun uzun illər bundan qabaq layiq olduğu fəxri ad almasına görə də respublika rəhbərliyi qarşısında məsələ qaldıracaqlar. Çünki Zabil Cavadov kimi ustad sənətkarlar hökmən öz əməklərinin bəhrəsini görməlidirlər. Layiqli qiymətəlrini almalıdırlar ki, haqq-ədalət öz yerini tapsın.

Zabil Cavadov bu gün də yorulmaq bilmədən Sumqayıtda öz ecazkar kamança sənətindən dərs deyir, gənc nəsil bu ulu musiqi alətini çalmağın sirrləri öyrədir və geniş konsert fəaliyyətilə məşğul olur. O, həm gözəl ailə başçısıdır. Onun üç övladı var hələ ki, bir-birindən gözəl yeddi nəvənin babasıdır.

Biz dostumuz Zabil Cavadov haqqında fıkirrimi bu sözlərlə tamamlayıram. Atalar deyib ki, sənət insan xəzinəsidir. Hansı sənəti seçirsənsə seç dahi Nizami demişkən çalış ki, həmin sənətin kamil bilicisi olasan. Zahil Cavadov da kamança nətinin kamil bilicisi, mahir ifaçısı olduğuna görə qazanıb ustad sənətkar adını ağsaqqal rüthəsini. İnanıq ki, qısa zaman çərçivəsində bu adların üstünə dövlət tərəfindən verilmiş fəxri adlar çəkək. Mən buna qətiyyətlə inanıram. İnam isə həyatın sərmayəsi deməkdir.

 

Azad Azərbaycan.- 2007.- 9 dekabr.- S. 7.