Qurbanova N.
“Zamana təslim olmuram”
Yaqub Zurufçu:
“Görünür, ömrümüzün yarısı
təyyarələrdə keçəcək”
O, neçə illərdir
o taylı-bu taylı Azərbaycanın dərdinə
"Ayrılıq" himni oxuyur. Son vaxtlar ifasına bir az
Qarabağ dərdi qatan, bir az Vətən həsrətinin yanğınını
çiləyən Yaqub Zurufçudur həmsöhbətimiz.
Redaksiyada
qonağımız olan məşhur müğənni,
özünün təbirincə desək, könlündə
yığılıb qalmış Vətən
yanğısını bizimlə bölüşdü.
- Yaqub bəy, Azərbaycana budəfəki gəlişinizin məqsədi nədir?
- Mənim hər zaman Azərbaycanıma gəlişim məqsədsiz və səbəbsiz olur. Ürəyimə düşəndə gəlirəm. Təbrizin iyini Azərbaycandan alıram və özümü azərbaycanlı kimi hiss edirəm.
- Elə isə nə vaxt qəti
qərara gələcəksiniz?
Yəni ya Amerika, ya da
Azərbaycan…
- Mən seçimimi etmişəm
- Azərbaycan.
- Bəs ailəniz?
-
İki dəfə
gətirdim. Qala bilmədilər, getdilər. Yaşım çoxaldıqca isə bura bağlılığım
mənə daha da güc gəlir.
Görünür, ömrümüzün yarısı elə bu cür - təyyarələrdə
keçəcək.
- Son zamanlar Rəşid Behbudovun repertuarına müraciət etməyiniz
nə ilə bağlıdır?
- Təvazökarlıqdan uzaq
olmasın, mənim səsim bir az Rəşid
Behbudovun səsinə
oxşayır. Fikrimcə, Rəşid
Azərbaycanın ən
qüdrətli sənətkarıdır.
Bu sıradan olan
Rauf Atakişiyevin, Bülbülün də ifasını sevə-sevə
dinləyirəm. Biz də bu yolun
davamçılarıyıq və borcumuzdur bu yolu davam
etdirək. Adını çəkdiyim
sonətkarların hamısının
repertuarını əzbər
bilirəm. Amerikada daha
çox oynaq mahnılar oxumağa üstünlük verirəm.
Gənc ifaçılardan isə əsasən muğam itaçılarını dinləyirəm.
- Görünür, sizi bııra çəkən
də Azərbaycan mədəniyyətinə olan
bağlılığınızdır?
- Mən musiqiçiyəm və bu özünü hər an göstərir.
Digər
tərəfdən isə
dilim dilindən, canım canından, qanım qanından olan bir mədəni
dəyərləri necə
sevməyə bilərəm?
Təbii
ki, bu bağlılıq
50 faiz müğənni,
50 faiz də mənim öz dilim, öz xalqım olduğu üçündür. Mənə
görə, ingilis dilində gərək o adam oxuya
ki, o ya ingilis, ya da
amerikalı olsun. Əslən mən amerikalı deyiləm ki... Zaman bizi çəkib-aparıb
ora, amma mən o zamana təslim olmuram və buna görə
də yaxşı edirəm, təslim olmayacağam da.
Təssəvvür edin ki, Bülbül
oxuyur, sən də durub baxırsan. Mümkün deyil. Bu mahnıları
eşidəndə həyəcanlanmamaq,
nəyisə hiss etməmək
mümkün deyil.
Hansısa bir melodiyanı
dinləyəndə qeyri-ixtiyari
əllərim əsirsə,
bilirəm ki, bu, Azərbaycan musiqisidir. Bu boyda güc yalnız Azərbaycan mədəniyyətinə
məxsus ola
bilər. Bizim elə bir mədəni sərvətimiz
var ki, hər
bir azərbaycanlı bununla fəxr etməlidır. Mənə bura
həm də ona görə doğmadır ki, mən torpağımda öz müsibətlərimi
danışa bilirəm.
Amma Amerikada hamı mənə biganədi axı. Onlarla necə dərdləşə
bilərəm? Bütün dinimız,
dilimiz, mədəniyyətimiz,
mənəvi dəyərlərimiz
tam fərqlidir. Məsələn, uşaq atasının yanında ayağını
qaldırıb qoyur mizin üstünə.
Mən bu həyat tərzi
ilə barışa bilmərəm.
- Bəs sizin övladlarınız hansı
həyat tərzi ilə yaşayırlar?
- Övladlarım
nə amerikalılar kimi deyil, nə
də azərbaycanlılar.
Qızım da, oğlum
da orada doğulub-böyüdükləri üçün onlarda Amerikaya meyllilik hiss olunur. Amma Təbrizə, Bakıya gələndə, buradakı
rəftarları görəndə
mənimlə uyğunlaşmağa
çalışırlar. Onları
buralarla
- Yaqub bəy, bir neçə gän əvvəl Cənubi Azərbaycanda Məhəmmədhüseyn Şəhriyarın
yubileyi ilə bağlı hazırlanan verilişlərdə şairin
fars olduğu
vurğulanırdı. Buna münasibətiniz...
- Mənim fıkrimcə, bu, təbii haldır. Çünki İranda hazırda fars hakimiyyətidir.
Baxmayaraq
ki Şəhriyar Azərbaycançı olub
və Azərbaycanın
bölünməsinə dair
çoxlu şeirlər
yazıb. Məsələn, mənə görə, Mövlananın milliyyəti
yoxdur, - o, bütün
dünyanındır. Mövlana dünya səviyyəsində olan bir insandır və sözlərini bütün
bəşəriyyətə yazırdı. Yeri gəlmişkən, mən də öz proqramlarımda Şəhriyarın yaradıcılığına
böyük yer ayırıram və Dövlət Pedaqoji Universıtetinin rəhbərliyı
ilə danışıqlar
aparıb qərara gəlmişik ki, gələn ilin mart ayında Şəhriyarın
yaradıcılığından bəhs edon bir gecə təşkil
edək. Onun şeirlərindən
bir neçəsinə
mahnılar bəstələmişəm
və inşallah, yaxın günlərdə
bu nəğmələrimi
hamı eşıdəcək.
- Sənətçi
həm də siyasətçidir.
Bu missiyadan irəli gələrək
Azərbaycan həqiqətlərinin
xarici ölkələrdə
yayılması üçün
nələr etmisiniz?
- Mütəmadi olaraq oradakı telekanallarda çıxışlarım
olub. Ən əsası isə
mənə məxsus
“Andisheh” adlı elektron vəsaitdə Azərbaycan haqda məlumatlar yayımlanır.
Qəzetiniz vasitəsilə
bütün internet istifadəçilərinə
üzümü tutub deyirəm ki, həftənin cümə
günü axşam saat 00:00-da və bazar günü səhər saat 08:00-da
"www.Andisheh.tv" saytına
girməklə mənim
proqramımı izləyə
bilərlər.
Digər bir məqam isə Azərbaycanın təbliğatının zəif
olması ilə bağlıdır. Oradakı diasporumuz güclənməlidir,
nümayəndələr təbliğati
işlər görməlidirlər.
Heç
olmasa ayda bir dəfə konsert proqramı təşkil edilməlidir.
Ermənilər ildə bir dəfə gəlirlər
Los-Ancelesin 7 min nəfərlik
möhtəşəm konsert
salonlarından birində
konsert proqramı ilə çıxış
edirlər. Orada onlar
bütün Azərbaycan
rəqslərini erməni
rəqsləri adı
altında oynayırlar.
Bu bizim təbliğatımızın
zəifliyindən irəli
gəlir.
- Yaqub bəy, oradakı həmyerlilərimizin
bir-biri ilə münasibətləri hansı
səviyyədədir?
- Xeyli zəifdir. Çox sevinərəm ki, bütün azərbaycanlılar
bir olsunlar və mən də onda böyük
müğənnilər kimi
yüksək səviyyələrə
qalxa bilərəm.
Məsələn, Ququş orada
oxuyur, bir konsertində cəmi bir dənə Azərbaycan dilində
"Ayrılıq" oxuyur.
Azərbaycanlı ola-ola Ququş ürəyi istəyən
kımi azərbaycanca oxuya bilmir. Çünki çox oxuyan
kimi pıçhapıç
başlayır ki, deyəsən, bu da Azərbaycanı birləşdirmək istəyir.
Bu müğənniləri mən qınamıram, çünki onların da çörəkpulu belə çıxır.
Amma mənim ehtiyacım yoxdur. Yaxşı edib oxuyuram Azərbaycan dilində.
Heç kəsin cəsarəti do ola
bilməz ki, mənə hansı dildə oxumağıma irad bildirsin.
- Sizdə qibtə olunacaq qədər Azərbaycana məhəbbət
və istək var. Bıınun sirrini bəlkə açıqlayasınız?
- …
- Deyəsən, sizi kövrəltdim...
- Bu sualın cavabı yoxdur. Görünür, qürbətdə
yaşamaq məni bu cür edib.
Həftə içi.- 2007.- 14 dekabr.- S. 6.