Qadir T.
Mədəniyyət və
incəsənət xadimlərinin əməkhaqqında
artım gözlənilir
Lisenziya almayan
mehmanxanalar bağlanacaq
Dünən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev cari ilin
yekun nəticələrinə
dair mətbuat konfransı keçirib. İlin son ayında
keçiriləcək tədbirlərlə
bağlı məlumat
verən nazir əvvəlcə qeyd olunması nəzərdə
tutulan yubiley tədbirlərindən danışıb.
Belə ki, dekabrın 13-də “Cavid ömrü” filminin kütləvi auditoriya üçün ilk baxışı, 27-də isə Hüseyn Cavidin yubileyinin yekun tədbiri keçiriləcək.
Bu yaxınlarda Liviyanın paytaxtı Tripoli şəhərində İslam
ölkələrinin mədəniyyət
nazirlərinin 5-ci konfransı
və Kolumbiyada ümumdünya turizm təşkilatının növbəti
baş assambleyasının
toplantısında iştirak
edən Ə.Qarayev görüşlərdə
müzakirəsi olunan
bir sıra təkliflər barədə də açıqlama verib. Dünya turizm bazarının 2020-ci ilə
qədər ən azı 20-25 faiz artacağı qənaətində
olan nazir bunun müqabilində Azərbaycan turizm sənayesinin qarşısında
ciddi vəzifələrin
dayandığını söyləyib:
“Potensialımızdan daha
geniş istifadə etməliyik. Nazirlik bu gün işlərini
məhz bu istiqamətdə quraraq
2008-ci və 2017-ci illəri
əhatə edən turizm dövlət proqramının qəbul olunması üçün
hazırlıq işlərini
tamamlayıb”. Gələn
ilin sentyabrında Bakıda Avropanın Mədəni İrs günlərinin keçiriləcəyini
deyən nizir bu tədbirin Avropanın iki ölkəsində hər
il həyata keçirildiyini qeyd edib. “Avropanın Mədəni İrs Günləri növbəti
il yəqin sonuncu dəfə bu metodika ilə
baş tutacaq. Mədəni İrs Günləri çərçivəsində
bir sıra ölkələrdən Bakıya
çoxlu qonaqlar gələcək. Artıq
tədbirin Bakıda keçirilməsi üçün
hazırlıq işləri
görülür. Bildiyiniz
kimi, tarixi - mədəni abidələrin
də vəziyyətinin
yaxşılaşdırılması vacib məsələlərdən
biridir”. Nazirin sözlərinə görə, 2008-ci ildə
Avropa səviyyəsində
irimiqyaslı mədəniyyət
konfransının keçirilməsi
də planlaşdırılır.
İslam Konfransı Təşkilatına üzv
dövlətlərin mədəniyyət
nazirlərinin 6-cı
İslam Konfransının
Bakıda keçiriləcəyini
deyən Əbülfəs Qarayev artıq qərarın qəbul olunduğunu deyib. Həmçinin, Bakının 2009-cu il üçün İslam Mədəniyyətinin paytaxtı
elan olunduğunu vurğulayıb. Buna görə də həmin il Novruz
bayramı daha geniş və təntənəli şəkildə
qeyd olunacaq. Ə.Qarayev noyabr ayının 28-29-da Qazaxıstanın paytaxtı
Astanada keçirilməsi
nəzərdə tutulan
və təxirə düşən TÜRKSOY mədəniyyət
nazirlərinin 24-cü toplantısının
dekabrın sonlarında
baş tutacağının
gözlənildiyini deyib:
“Toplantının vaxtı
hələlik dəqiqləşdirilməyib.
Dekabrın sonunda bu tədbirin baş tutacağına ümid edirəm. TÜRKSOY-un fəaliyyətinin
zəifləməsi bizi
narahat edir. Qurumda daxili atmosfer heç də ürəkaçan
deyil. Ona görə də biz təcili görüş keçirməli,
problemləri həll etməli və yeni sədr seçməliyik. Sözsüz
ki, TÜRKSOY-un işinin gücləndirilməsi
gündəmdə olan
önəmli məsələlərdən
biridir”.
Cari ilin sonuna kimi
lisenziyalaşdırılmayan mehmanxanalar üçün
görüləcək tədbirlərə
aydınlıq gətirən
nazir artıq sahibkarlara ciddi şəkildə xəbərdarlıqların
oldunduğunu söyləyyib.
“Bu, çox ciddi problemdir. Lisenziya almayan mehmanxanalar bağlanacaq. Bu qərar hələ
yanvarın əvvəllərinə
qədər qüvvədədir.
Lisenziyaların alınmasını
gecikdirən mehmanxanalarin
fəaliyyəti dondurulacaq.
Onlar bizim işimizi nə qədər ləngitsə,
biz də sonradan onların lizenziyalaşdırma işlərini
tələsmədən aparcağıq”.
Gələn il mədəniyyət və
incəsənət xadimlərinin
əməkhaqqında artım
da gözlənilir. Fəxri adların verilməsi də tədricən başqa bir formaya keçəcək.
Yeni Azərbaycan.- 2007.- 11 dekabr.- S. 8.