Lələdağ Ə.
Muğam ana
laylasıdır
Bu gün Azərbaycanda
populyar müğənni olmaq çox asandır. Bir az maddi
cəhətdən imkanın olsun, get səsyazma
studiyalarına, pul "cır", bir-iki mahnı yazdır. Sonra
televiziyaya yol tap. Astaca ağzını tərpət, nə boğazın
ağrısın, nə də boyun damarların yoğunlasın.
Ol məşhur müğənni. Bir neçə belə
reklam etdir, bir da görəcəksən ki,
tamaşaçılar sənin köntöy mahnını həzm
edib. Bundan sonra haşına "qızıl" al, gəz,
toy edənlər növbənə duracaqlar...
Mənə elə gəlir ki, milli musiqimizi hərraca qoymaq, nəyəsə qurban vermək ucuzlaşdırmaq bağışlanmayan günahdır. Məni hədsiz narahat edən cəhətlərdən biri və ən təsirlisi "muğam dəsgağına" biganəlik idi. Şükürlər olsun ki, bu sahədə iş görülür, addımlar atılır. Biganəliyə son qoyulacaq gün uzaqda deyil.
Xalq mahnılarımız və muğamlarımız qədim köklərə bağlıdır. C.Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Ağabala Abdullayev, Əlövsət Sadıqov, Yaqub Məmmədov, Sabir Mirzəyev, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəlıyeva, Rübabə Muradova, Gülxar Həsənova kimi yüzlərlə muğamatımızı cilalayıb yaşadan insanları görmüşük, onların səslərinin sehrinə düşmüşük, cazibəsinə vurğun olmuşuq.
Yadımdadır! Sabir Mirzəyevin zəngulələrini sayırdıq. 22 dəfə zəngulə vurduğunu qulaqlarımla eşitmişəm.
Necə olur ki, biz mənəvi dəyərlərimizdən, milli sərvətlərimizdən - Füzuli, Seyid Əzim, Əliağa Vahid, Seyid Mir Mehdi, Məmməd Hüseyn Şəhriyar, Mir Mövsüm Nəvvab, Xurşudbanu Natəvan, Qasım bəy Zakir, Hacı Mail, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və başqalarının qəzəllərindən yan keçib, bir neçə yüngül mahnılar oxumaqla toylarımızı ötüşdürürük. Ona görə bir də şükürlər olsun ki, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunıın prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə AzTV kanalında qaldırılan təşəbbüs, gənclər arasında muğam müsabiqəsi keçirilməsi mənim və bütün muğamsevərlərin ürəyincədir. Rəşid Behbudov adına Mahnı Teatrında təşkil edilmiş "Muğam axşamı" bütün muğamsevərlərin yaddaşından silinməyəcək. İnsan gərək musiqidən zövq alsın, beyni dincəlsin. Ancaq etiraf edirəm ki, mən toylarda zövq almaq əvəzinə dəng oluram. Səs-küy o qədər güclü olur ki, başımı götürüb qaçmaq istəyirəm. İndi səsi olan da, olmayan da mikrofonu alır əlinə, başlayır "oxumağa". Mən hələ onun necə oxuması və nə oxuması barədə demirəm. Axı oxumaq da, çalmaq da incəsənətə aiddir. İndi biz incəsənəti kobud sənətə çevirməklə nə qazanırıq?
Elə adamlar var ki, onlar heç musiqi məktəbi görməyiblər. Ancaq Allah onlara məlahətli səs, zəngulə etməyə boğaz verib. Qardaş, gəl səsi olmayan, zorla çığıran adamları, gəncləri başa salaq, musiqimizə zərər vuranlarla ciddi danışaq, onları yanlış yoldan qaytaraq. Mənə elə gəlir ki, 2005-ci ildən başlanan muğam müsabiqəsi musiqi mədəniyyətimizin həyatında yeni eradır, başlanğıcdır, oyanışdır, özümüzə, milliliyimizə, ilkinliyimizə, kəndçi vüqarımıza, soy-kökümüzə qayıdışdır. Bu qiymətsiz dəyərli təşəbbüs çoxlarına "çıx səhnədən" komandasını verəcək, bir növ attestasiya rolunu oynayacaqdır. Deyəcəklər buyur qardaş, bu meydan, bu da sən göstər məharətini. Onda bizim də "Qız yaxasın düymələsin, Düymələyir, düymələsin, Düymələmir özü bilsin".
Məntiqsiz, mənasız,
bir-birinə zidd, fikirlərdən,
yöndəmsiz "mahnılardan"
(bunlara mahnı demək mümkündürsə)
canımız qurtaracaq.
Dünya xalqlarının ədəbiyyatına, mədəniyyətinə, adət-ənənəsinə bələd olana onu mənimsəyənə, dilini bilənə, musiqisini öyrənənlərə "əhsən" deyirəm. Mən çox dil bilməyin tərəfdarıyam, başqa xalqların mədəniyyətinə, musiqisinə yiyələnənlərin hərəkətinə yaxşı hal kimi baxıram. Ancaq müdrik kəlamlarda deyildiyi kimi: "Əvvəl məscidin içi, sonra çölü". Hər kəs gərək öz ana dilini dərindən, mükəmməl bilsin, o dilin şirinliyini duysun, milli-mənəvi dəyərlərimizi, milli mənəviyyatımızı, milli musiqimizi, milli deyimlərimizi göz bəbəyi kimi qorusun. Yad musiqiləri maşınların maqnitafonlarında uca səslə oxutmaq, bir kəlməsini də başa düşməmək kimə lazımdır? Aqillər yaxşı deyib:
- Bir şəxsin ki, milli qüruru, milli mənliyi, milli mənəviyyatı olmasa, o şəxsi o millətə şamil etmək olmaz. Hər kim öz milli mənəviyyatını, milli dəyərini, milli adət-ənənəsini, milli musiqisini, milli geyimini qoruya bilmirsə, millət ona arxa çevirib ürək qızdıra bilməz. Yadıma bir əhvalat düşdü. 1967-ci ildə rayonda bir dostum ilə gəzirdim. Bir sürücü maşının qabaq şüşəsinə içəri tərəfdən Stalinin anası ilə çəkdirdiyi fotoşəkili vurmuşdu. Bir ağsaqqal o fotoşəkli oradan götürdü. Bir azdan sürücü gəldi, fotoşəkli yerində görmədi, başladı ağzına gələni danışmağı. Ağsaqqal sürücüyə yaxınlaşdı...
- Şəkli
mən çıxarmışam.
Ay oğul, Stalin sənin nəyindi? Şəkil vuransan öz adamlarımızın şəklini
vur: Nizamini, Füzulini, Babəyi gəzdir. Neçə-neçə say-seçmə oğullarımızı
itkin salan Stalin sənə nə verib?
İndi qardaş, bizim milli musiqimizin korifeyləri var. Onların
səslərinə qulaq
asmaq niyə xoşumuza gəlməməlidir?
Bizim milli əxlaqımızdan
qopub gələn, qəzəllərimizi oxuyan
xanəndələrimizi niyə
əziz tutmayaq? Axı onlar
bizim mədəni və mənəvi sərvətimizdir. Mənə elə
gəlir ki, sənətkar oxuduğu mahnıların mətninə
də fikir verməlidir. Gəlin, bir
mahnının içərisində
sətiraltı gedən
məzmuna diqqət edək.
"Nənəm,
nənəm, nənəm
Ay mənim Fatma nənəm. Nənəm oy, nənəm
oy, nənəm".
Burada yas mərasimlərində
ağı deyən bir qadının yanğısı eşidilir. Bizim klassik, gözəl, ürəyəyatan xalq mahnılarımız var. "Sarı
gəlin", "Apardı
sellər Saranı",
"Süsən sünbül",
"Çal papaq",
"Camış bağa
girdi gəl",
"Sudan gələn sürməli
qız", "Aman nənə", "Sona bülbüllər", bəstəkar
mahnıları və
s. Niyə gözəl
mahnılar arxivlərə
atılmalıdır? O qədər
mürgü vuracağıq
ki, gözümüzü
açanda görəcəyik
başqa millətlər
bu mahnıları saxta yolla "özəlləşdiriblər".
Mən yayda Yesentuki şəhərində istirahət
edirdim. Orada bir "Budyan"
kafesi var. Axşamlar eşitdiklərimdən dəhşətə
gəlirdim. Aparıcı-erməni
mikrofonla "Viktoriya"da
müalicə olunan azərbaycanlıların eşitdikləri
tərzdə deyirdi: -
"Armyanskiy narodnıy
tanes "Qoçəli",
"Vağzalı". Armyanskaya narodnaya
pesnya "Sarı gəlin" və s".
Ermənilər həyasızcasına bir millətin mədəniyyətinə sahib çıxmaq
üçün dəridən-qabıqdan
çıxırlar. Biz
isə özümüz-özümüzə
qənim kəsilir, milli musiqimizə biganəlik edirik. Muğam oxumaq istəyən müğənnidə, xanəndədə
səbir olmalıdır.
Xoşbəxtlikdən müqəddəs kitabımız Qurani-Kərimin
surələri və ayələri də muğam üstə oxunur.
Mən bir muğamsevən adam
kimi təşəbbüsü
alqışlayıram. Ona görə
ki, müsabiqənin ən dəyərli mahiyyəti ondadır ki, burada "SMS" yoxdur. SMS haqqı
- ədəbli, əsl
istedadı üzə
çıxarmağa mane olur.
Bu müsabiqə başlayana qədər hərə televiziyanın
bir kanalına baxmaq istəyirdi. Amma indi dinləyicilərin,
tamaşaçıların hamısı həftənin
II və IV günü
əllərində ən
vacib işləri olsa belə AzTV kanalında "Muğam axşamı"na baxmağa can atırlar. Biz az qala yaddan çıxardığımız
muğam şöbələrini
- "Bərdaşt" (şür,
qrta mahur) "Mayə", "Zəminxarə",
"Dügah", "Vilayəti"
(rast), "Pənciyyə"
və s. dinləməkdən
məmnun olurlar. Çünki muğam ana
laylası kimi insanın beynini dincəldir, onu xumarlandırır. Bu müsabiqədə
iştirak edən münsiflər heyətinin
üzvlərinə - Əlibaba
Məmmədova, Arif Babayevə, Ramiz Zöhrabova, Ağaxan Abdullayevə, Səkinə
İsmayılovaya, Nadir Axundova,
Mənsum İbrahimova,
İbrahim Quliyevə minnətdarlıq edirəm.
Bu gözəl işdə, faydalı müsabiqədə paklığı,
təmizliyi, ülviliyi
həmişə qoruyub
saxlamalarını arzulayıram.
Muğam oxuyan ləyaqətli oğul və qızlarımıza
Elməddin İbrahimova,
Nasir Ətəpura, Könül Tağıyevaya,
Abgül Mirzəliyevə,
Nişanə Baxışovaya,
Aidə Əliyevaya, Vüsal Zamanova, Şəmsəddin İbrahimova
və onları müşayiət edən
Sahib Paşazadəyə, Toğrul
Əsədullayevə sənət
uğurları diləyirəm,
aparıcılar Səxavət
Nura və Natəvan Osmanlıya xoş arzularımı çatdırıram. AzTV telekanalının
rəhbərliyinə minnətdarlığımı
bildirirəm. Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkür
edirəm.
Ulu öndər Heydər Əlivevin başladığı ıığıırlu
siyasət, islahatlar. neft strategiyası müvəffəqiyyətlə həvata kecirilir. Xalqımız xoşbəxtliyini, gələcəyini, qələbəsini
möhtərəm prezidentimiz
İlham Əliyerin xeyirxah əməllərində
görür və prezidentimizlə daim birlikdə olacağına
əminliyini bildirir.
Azad Azərbaycan.- 2007.- 16 dekabr.- S. 7.