Sadıqoğlu A.
Azərbaycan musiqisini və mədəniyyətini yaşadanlar
Qarsda bir azəri mədəniyyəti toplumu
var
Qədim Qars şəhərinin kücələrindən birində
mağazadan musiqi səsi eşidilirdi. Qarmonda Azərbaycan
musiqisi çalınırdı.
Maraqla mağazaya daxil olduq. Burada, bal, kasar pendiri
satılan yerdə qarmonıı sinəsinə
sıxıb çalan
bir eloğlumuzla
Bəkir Sayılan:
"1960-cı ildə Qarsda
doğulmuşam. Ata-babalarım Azərbaycandan
köçərək burada
məskən salmışlar.
40 ildir ki,
burada Azərbaycanı
təmsil edirik və Azərbaycan mədəniyyətini inkişaf
etdirməyə çalışırıq.
Musiqi alətlərində çalmağı
öz-özümə öyrənmişəm.
Uşaqlıqdan buna həvəs
etdim. Qarmon aldım. Azərbaycan havalarını
öyrənməyə başladım.
Heç
bir ustadım olmadı. İlk dəfə 1969-70-ci illərdə bu sənəti Azərbaycan radiosunu dinləyə-dinləyə,
imkanlarımız daxilində
böyük həvəslə
öyrənirdim. Radioda
Teyyub Dəmirov, Aftandil İsrafılov, Zakir Mirzəyev və digər musiqiçilərin lent yazılarını
dinləyirdim, oyun havalarına qulaq asırdım. Onları dərindən .duyaraq,
dilimdə zümzümə
edib qarmonda və sonra da
akardionda çalırdım.
İllər keçdikcə havaları
və mahnıları
sərbəst ifa etməyə başladım.
Əllərim şirmayi dillərə
yatdıqca, alışdıqca
toylarda, şənliklərdə
çalmağa başladım.
İndi artıq qarmon, akardion və orq çalıram. Qarmonum, akardionum, kamanım da var...
Görkəmli müğənni Zeynəb
Xanlarovanı da radioda çox dinləyirdim. Bir neçə ildən
sonra Qarsa gəlmişdi. Burada böyük
bir konserti oldu. Aftandil İsrafilov isə
6-7 dəfə öz qrupu ilə burada konsertlər verib. Məmmədbağır
Bağırzadənin, qarmonçu
Baxşəlinin burada
2-3 dəfə konserti
olub. Bizim Qarsdakı mədəniyyətimiz
Azərbaycana bağlıdır.
Toylarımızda Azərbaycan oyun
havaları, rəqsləri
ifa edilir, çalınır. Folklorumuz da
Azərbaycana məxsusdur.
Bu sahədə folklorçularımız əlindən
gələni etməyə
çalışırlar.
Toy-düyünbrdə
həmişə "Sari köynək",
"Nə qaldı",
"Salı gəlin",
"Əziz dostum"
və bunlara bənzər ritmlərdə
oyun havalarını çalıram. Bizim toylarda qarmon,
orq, klarnet, davul və ya
nağaradan ibarət musiqiçilər dəstəsi
və müğənni
iştirak edir. Bizim müşayiətimizi müğənnilər
türk, Azərbaycan mahnılarını oxuyurlar.
Professional oxuyanlardır.
Müğənni dostumuz həm
oxuyur, həm də piano çalır.
Qarsda artıq məşhurlaşan
bu ifaçı Köykən Əzizoğludur.
Çox
mükəmməl çalıb
oxuyur. Azərbaycan mahnılarından ibarət geniş bir repertuara sahibdir. Biz həm
də Qara dəniz, Türkiyəyə
aid havaları, xalq musiqisinin hamısını
ifa edirik.
Bəkir bəyin mağazasında söhbətə qoşulan
K.Əzizoğlu deyir ki, 1980-ci ildənəm. 27yaşım
var. Piano çalıram, oxuyuram.
Atalarımız Azərbaycandan gəlmədirlər.
Hər il
bizdə Qafqaz gəncləri festivalı
olur. O zaman bütün türk müğənniləri, o cümlədən
Azərbaycandan, Gürcüstandan
da gəlirlər.
Folklorçu Turqut Akıl çıxışlarımızı Azərbaycana uyğun təqdim edir. Qarsda qonaqlarımız
olanda konsertlər təşkil edirik. Aftandil burada olanda səhnəyə
çıxıb qarmon
çaldım, xoşuna
gəldi. Özümüzə, ürəyimizə görə
çaldıq. Onun yanında
oturub qarmon çalmaq böyük cəsarət tələb
edir. Yəni Azərbaycan sənətkarları
dünyada məşhurdur.
Aftandil o
kiçik qarmonda nələr çalır,
biz onun fanatıyıq.
Burada azərbaycanlılar çoxdur.
Azərbaycana sayğı, sevgimiz sonsuzdur. Qarsda klarnetçi İlyas
Gönəm, Turan Dəniz, orqçu-pianoçu
və müğənni
K.Əzizoğlu, onun qardaşı davul çalan Fateh Çiçək istedadlı
musiqiçilərdir. Şu torpağın yetirmələri
Türkiyə müğənniləri
zaman-zaman burada konsertlər veriblər.
Müəzzez Ərsoy, Sezən
Aksu, İbrahim Tatlısəs gəlib burada tədbirlər olanda çıxış
ediblər. İstanbuldan böyük sənətçilər
dəvət edilirlər".
Folklorçu, rəqsçi Turqut Akıl ilə görüşüb söhbət
edirik. O deyir ki, 1948-oi ildə doğulmuşam. Ailə ənənəsinə görə folkloru öyrənməyə uşaqlııqdan
başladım. Atam çox
gözəl oynardı.
Mən də ata yolunu
davam etdirib gənc yaşlarımdan Türkiyədəki festivallarda
iştirak etdim. Azəri rəqsi ilə yanaşı Şeyx Şamil oyununu çox gözəl ifa etdik. Festivallarda birincilik qazandıq. Öz mənliyimizlə yaşadıq.
Ata-babalarımız Azərbaycan,
Qafqazdan gəldikləri
üçün bütün
ifa etdiyimiz rəqslər kökümüzdən
gələn havalardan ıbarətdır.
Mənım ata-babalarım
Gəncədən, anam
isə Şəkidəndir.
Mən isə Qarsda doğulmuşam.
Qarsda, İstanbuldakı məktəblərdə
müəllim işləmişəm.
Azərbaycan mədəniyyətinin Türkiyədə inkişafi
üçün əlimizdən
gələni etmişik. Bir çox yerlərə
dəvət edildik.
Gözəl rəqslər oynadıq.
Bir sıra gənclər yetişdirdik. Azərbaycanda oynanılmayan rəqsləri
biz bu tərəflərdə
ifa edirdik. Məsələn,
"Qazağı" oyun havasını, Teyyub Dəmirovun qarmonda çaldığı bu
instrumental havanı burada
dizayn etdik, xareoqrafık bir şəkildə ifa etdik. Bizdən sonra Azərbaycan
rəqsçiləri 1982-ci ildə İstanbul festivalında "Qazağı"
rəqsini ifa etdi. Bu rəqs
həm qrup halında, həm də fərdi oynanılır. Biz
1970-72-ci ildə Beynəlxalq
Bursa festivalında bu rəqsi oynadıq. Azərbaycandan Nəriman Yusiflini
tanıyırdıq. Onlar xalq
rəqslərini ifa edirdilər.
Bir folklorçu olaraq haraya gediriksə, tariximiz haqqında danışırıq, kökümüzdə
olan mədəniyyətimizi
təbliğ edirik. Qarsda öz
adət-ənənələrimizi və mədəniyyətimi
yaşadırıq. Bizdə bir
"Gəlin" havası
var, ona "ağlatma qaydası" deyirik. Gəlin tərəfinin ağlamasına
həsr olunub. Gəlin evdən çıxıb bəzənib
oğlan tərəfinə
getdiyi zanıan oynayırdıq: Gedirəm
ana evin şirin olsun, geri gələn deyiləm, ana, evin şirin olsun - deyirdik. Sevincdan ağlayırdılar. Orada isə
rəqslər, beşaçılanların
səsi toyu bürüyürdü. Oğlan tərəfində
də bu rəqsləri ifa edirdik.
Mən rəqs edirəm. Arzum millətimizi
xoşbəxt, firavan görməkdir. Vallah, bu
iqtisadi gücə bağlı bir məsələdir. Ona görə
də Türkiyə iqtisadi sahədə də inkişaf edir. Türkiyə iqtisadiyyatı gücləndıkcə
biz də yaxşı
yaşayırıq və
Azərbaycan da Türkiyənin yanında
daha da gözəlləşir.
Biz iki qardaş,
bir millət, iki dövlətik. Çiyin-çiyinə verib dünyadakı
yerimizi alacağıq.
Bizim ata-babalarımız, buradakı
qardaşlarımız böyük
bir tarixi yaradıblar.
Qarsda bir azəri
mədəniyyəti toplumu
var. Eyni mədəniyyət, eyni ənənələrimizi davam etdiririk.
Azərbaycandan gəlinlər
burada olan ənənələri nəsildən-nəsilə keçirirlər. Dostlarımızla
tez-tez görüşürük.
Sarhədlər açılandan
əlaqələrimiz
genişlənir, ənənələr yaşayır. Bizim köklərimiz eynidir. Azərbaycan musiqisini və mədəniyyətini eynilə yaşadırıq. Qəlbimiz
Azərbaycanla döyünür.
Azad Azərbaycan.- 2007.- 5 dekabr.-
S. 7.