Salmanov R.

 

Sərraf bazarında ləl çox olarsa, dəyəri az olar, – qiymətdən düşər”

 

İki aydan artıq davam edən “Muğam–2007" televiziya müsabiqəsinin növbəti həftəsi mövzu etibarilə dəyişməz qaldı. Gənc xananədələr ötən həftədə olduğu kimi, Qarabağ şairlərindən Xan qızı Xurşud banu Natəvanın, Mir Möhsun Nəvvabın digər zəka sahiblərinin qəzəllərini böyük şövq ilə muğamsevərlərə təqdim etdilər. Doğma Vətənimizin ayrılmaz parçası olan Qarabağ haqqında deyilən hər xoş söz, oxunan qəzəl tamaşaçılar tərəfindən razılıqla qarşılandı. İnanırıq ki, vətəndən uzaqlarda yaşayan bu müsabiqəni AzTV vasitəsilə izləyən soydaşlarımızın da qəlbində bu ifalar böyük əks-səda doğurub.
Həftə Qarabağ muğam ifaçılıq məktəbinin layiqli nümayəndələri, unudulmaz xanəndələr Mütəllim Mütəllimov Səxavət Məmmədovun könülləri oxşayan ifaları ilə başladı. Təəssüflə qeyd edim ki, Mütəllim Mütəllimovun kino lenti olmadığından unudulmaz sənətkarınsegahı tamaşaçılara yalnız fotoşəkillərin müşayiətilə təqdim olundu. Ekranda unudulmaz muğam ifaçıları Seyid Şuşinski, Yavər Kələntərli, Həqiqət Rzayeva, Xan Şuşinski, Qurban Pirimov, Bəhram Mansurov, eləcə Şur”, “Kürd ovşarı”, “Bayatı - Şirazkimi simfonik muğamların müəllifi olan böyük bəstəkarımız Fikrət Əmirovun görüntüləri isə tamaşaçıların marağına səbəb oldu.
Gənc muğam ifaçılarına örnək olan ustadlarımız da sanki o axşam müsabiqə iştirakçılarına öz xeyir-dualarını verdilər. Digər həftələrdən fərqli olaraq, bu həftənin həyəcanı daha çox idi. 20 ifaçıdan doqquzu artıq müsabiqəni tərk etmişdi. Daha bir iddiaçı da bu həftə yarışmanı saxlayacaq nəhayət ki, onluğa daxil olan iddiaçıların adları müəyyənləşəcəkdi. Bu səbəbdən hər bir iddiaçı öz çıxışına mükəmməl hazırlaşmış, müəllimlərin məsləhət tövsiyələrinə layiqincə əməl etməyə çalışmışdı. Öz obyektivliyi ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanmış dəyərli münsiflər ifa zamanı gənc xanəndələrdə olan xırda nöqsanlara baxmayaraq, əsasən iddiaçıların səsinə, səhnə ifa mədəniyyətinə üstünlük verməyə çalışırdılar. Elə bu səbəbdən münsiflərin verdikləri qiymət çox vaxt tamaşaçı alqışı ilə üst-üstə düşürdü.
Həftənin ilk müsabiqə axşamında Könül Tağıyeva, Nişanə Baxışova Ehtiram Hüseynov münsiflərdən ən çox bal aldı. Ən az bal toplayan isə Aida
Əliyeva oldu. Çünki onun zilZabul-Segahı bir o qədər uğurlu alınmadı. Bu səbəbdən 70 mümkün xaldan yalnız 67-ni ala bildi. Bu onda müəyyən mənada ruh düşgünlüyü yaratsa da, həftənin ikinci yarışmasında iddiaçılardan kiminsə ondan da az bal toplayacağına ümid bağlayırdı. Az-çox güman etdiyi iddiaçı vardısa, o da Vüsal Zamanov idi. Lakin Vüsal Zamanov o gecə öz ifasıyla hamını heyran etdi. Oxuduğu yanıqlıSegaha münsiflər ən yüksək bal verdilər. Həftənin ən uğurlu çıxışları Abgül MirzəliyevinMirzə Hüseyn segahı”, Güllü MuradovanınDilkəşi Elməddin İbrahimovun – “Rastı oldu.
Əsl müsabiqə indi başlayır” – deyən xalq artisti Arif Babayevin fikrini təsdiqləyən Nadir Axundov Abgül Güllünün çxışını ayaq üstə alq
ışlayan tamaşaçıları gördükdə Elməddinin çıxışına çox yüksək qiymət verərək – “Hər oğulun işi deyil Abgül Güllüdən sonra bu səviyyədə oxuya” – deyib onu təbrik etdi.
Həqiqətən , artıq arxada qalmış on həftəlik bu çıxışlarda bir sənət ömrü yaşandı. Sənətsevər tamaşaçılar tərəfindən iştirakçıların tanınanı da, seviləni oldu. Zaman baxımından 10 həftə çox olmasa da, istedad bacarıq nümayiş etdirmək baxımından kifayət qədər vaxt oldu. yaxşı ki, zaldan bu muğam müsabiqəsini izləyən tamaşaçılarımız da əsl sənət xiridarı oldular. Bu səbəbdən münsiflərlə tamaşaçıların rəyi, seçimi düzgün oldu. Necə deyərlər, “Zər qədrini zərgər bildi”. Lakin bir həqiqət var ki, əsl sənət nümayiş etdirənlər, öz ifalarıyla tamaşaçıları, böyük sənətkarları ayağa qaldırmağı bacaranlar da oldu. Amma yaxşı ki, az oldu. “Sərraf bazarında ləl çox olarsa, dəyəri az olar, qiymətdən düşər”.
Bu müsabiqə bir daha təsdiq etdi ki, istedadlı gənclərimiz çoxdur. Sadəcə, bu istedadlara yol açmaq, qayğı göstərmək gərəkdir. Necə ki, bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun bu gözəl layihəsinə dəstək verir.
Artıq arxada qalmış 10 həftədə iddaçıları öz gözəl ifasıyla müşayiət etmiş tarzən Sahib Paşayev, kamançaçı Toğrul Əsədullayev nağaraçalan Soltan Əliyev kamil sənətkar kimi formalaşıblar. İlk gündən iddiaçıların hər bir çıxışına öz iradlarını dəyərli məsləhətlərini bildirən münsiflərin hər bir iddiaçı üzərindəki əməyi nəticəsiz qalmadı.
Nasir Məmmədov, Ağcabədi rayon sakini, muğamsevər tamaşaçı: – “Muğam–2007” televiziya müsabiqəsinə ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da böyük maraq var. Bu da səbəbsiz deyil. Dahi Üzeyirin doğulduğu bu məkan klassik muğam ifaçılığında öz dəst-xətti ifaçılıq məziyyətləri ilə seçilən bir çox ustad xanəndələr yetirmişdir. Zülfü Adıgözəlov, Yaqub Məmmədov, Mütəllim Mütəllimov kimi sənətkarların ifalarının müsabiqədə səsləndirilməsi müsabiqənin özü qədər önəmlidir. Buna görə müsabiqə təşkilatçılarına bu tədbirə dəstək verən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümüzü bildiririk.
Beləliklə, onluğa daixl olan iddiaçılar müəyyənləşdirildi: Könül Tağıyeva – 1, Nişanə Baxışova – 2, Ehtiram Hüseynov – 3, Vüsal Zamanov – 4. Rəvanə Ərəbova – 5, Abgül Mirzəliyev – 6, Elməddin İbrahimov – 7. Güllü Muradova – 8, Şəmsəddin İbrahimov – 9, Nasir Ətapur – 10. Ən az bal toplamış Aida Əliyeva isə müsabiqəni tərk etməli oldu. Hələ qarşıda neçə-neçə musabiqələr var. Məyus olmağa dəyməz. Xalq hər bir ifaçını tanıdı sevdi. Xalqın etimadını doğruldub sənətdə iz qoymaq üçünsə gərgin əmək həvəs gərəkdir. Final yarışmasına altı ifaçı qalacaq. Demək, iddiaçıları qarşıda daha böyük sınaqlar gözləyir. Uğur olsun.

Xalq qəzeti.- 2007.- 16 dekabr.- S. 6.