Bakıda Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı başlanmışdır

 

Dekabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mstislav Rostropoviç adına I Beynəlxalq musiqi festivalının açılışı olmuşdur. Səhnənin dərinliyindəki ekrandan maestronun səsi eşidildi. O, Bakıda musiqi festivalı keçirmək arzusunda olması barədə danışırdı.

Təntənəli açılış mərasimini festivalın və Rostropoviç Fondunun prezidenti, görkəmli musiqiçinin qızı Olqa Rostropoviç və Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev davam etdirdilər.

"Doğma Bakıda festival keçirmək atamın çoxdankı arzusu idi" - deyən O.Rostropoviç bu festivalın baş tutması üçün köməklərini əsirgəməmiş insanlara - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və respublikanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə təşəkkürünü bildirdi. O.Rostropoviç daha sonra dedi: "Atamın çox sevdiyi bu festivalın hər hansı başqa bir şəhərdə deyil, məhz Bakıda keçirilməsi üçün əllərindən gələni etmiş daha iki insana təşəkkürümü bildirmək istəyirəm. Onlar bu salonda əyləşən Fatma xanım Abdullazadə mənim anam Qalina Vişnevskayadır. Atamın arzuları tədricən çin olmaqdadır mən əminəm ki, Bakının musiqi mədəniyyəti mərkəzinə çevriləcəyi gün uzaq deyil".

Nazir Əbülfəs Qarayev dedi ki, festival Azərbaycan paytaxtının mədəni həyatında yeni bir səhifə açır: Biz bilirik ki, ümummilli liderimiz Heydər Əliyev Mstislav Leopoldoviçin istedadını çox yüksək qiymətləndirirdi onların yaxın dostluq münasibətləri var. Bu gün Bakıda Leopold Mstislav Rostropoviçlər adına musiqi məktəbi , Mstislav Rostropoviç muzeyi var.

Ümidvarıq ki, bu festival bizim maestroya onun xatirəsinə səmimi münasibətimizin sevgimizin daha bir təsdiqi olacaqdır.

Festivalın birinci bölməsində Azərbaycanın xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında Qara Qarayevin "Yeddi gözəl" baletindən vals tanınmış pianoçu, əməkdar artist Murad Adıgözəlzadənin ifasında Sergey Raxmaninovun fortepiano ilə orkestr üçün 2-ci konserti səsləndi.

İkinci bölmədə Aleksandr Sokurovun maestro Rostropoviç onun xanımı haqqında "Həyat elegiyası. Rostropoviç Vişnevskaya" filmi nümayiş etdirildi.

Festival dekabrın 18-dək davam edəcəkdir.

 

Respublika.- 2007.- 12 dekabr.- S. 10.