Mədəniyyət
İşçiləri Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin III plenumu
keçirilmişdir
Dekabrın 7-də
Mədəniyyət işçiləri Müstəqil
Həmkarlar İttifaqı Respublika Komitəsinin (MİMNİRK)
növbəti III plenumu keçirilmişdir.
Gündəliyə
əsasən, tədbir iştirakçıları
təşkilati məsələlərə baxmalı,
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının qarşıdan gələn III qurultayına
nümayəndələr seçməliydilər.
MİMNİRK-nın sədri C.Səttarova "Gənclərlə işin təşkili və MİMNİRK-nın rayon, şəhər və ilk təşkilatlarında onların sosial mənafelərinin müdafiəsi" mövzusunda hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə qeyd edilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin mühüm hissəsinə çevrilmişdir. Hazırda bu xətti Prezident İlham Əliyev uğurla davam etdirir. Hər il fevralın 2-də Gənclər günü qeyd olunur. Gənclərlə işi tənzimləyən hüquqi baza yaradılmışdır. Məruzəçi bildirmişdir ki, Gənclər ili elan edilmiş 2006-cı ildə ilk təşkilatlarda gənclərlə iş üzrə 50 komissiya yaradılmışdır.
Plenum gənclərlə iş sahəsində problemlərin
öyrənilməsi və
həlli, gənclərin
sosial mənafelərinin
müdafiəsi üçün
tədbirlər planı
hazırlamağı, gənclər
arasında maarifləndirmə
işini gücləndirmək
məqsədi ilə müntəzəm seminar-müşavirələr keçirməyi,
"Gənclər siyasəti haqqında"
Qanunun və "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nın (2005-2009-cü illər)
yerlərdə icrasına
ictimai nəzarəti təmin etməyi qərara almış,
MİMNİRK-nın fəaliyyətinin
əsas istiqamətlərini
müəyyənləşdirmişdir.
Respublika.- 2007.- 8 dekabr.- S. 7.