Turanə
Rostropoviç adına Beynəlxalq Musiqi Festivalına start verilib
Dünən dirijorun
fotolarından ibarət
sərginin açılışı
olub
Ötən gün Dövlət Filarmoniyasında
Rostropoviç adına I Beynəlxalq
Musiqi Festivalının
açılış mərasimi
keçirilib. Üzeyir
Hacıbəyov adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında bir neçə əsərin səsləndirildiyi tədbirdə Rostrapoviçin
həyat yoldaşı
Qalina Vişnevskaya və qızı Olqa Vişnevskaya ilə yanaşı, xarici ölkələrdən
musiqiçilər də
iştirak edib.
Gecədə giriş sözü ilə çıxış
edən Olqa Vişnevskaya tədbirin keçirilməsindən məmnun
qaldığını bildirib. Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev isə Rostropoviç adına
Beynəlxalq Musiqi Festivalının Azərbaycanda
ilk dəfə keçirilməsindən
bəhs edərək,
festivalın ənənə
halını alacağına
ümid edib.
Dünən isə Muzey Mərkəzində Mstislav
Rostropoviçin fotolarından
ibarət sərginin açılış mərasimi
keçirilib.
Sərgidə çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarına Bakıda
Rostropoviç adına I Beynəlxalq
Musiqi Festivalının
keçirildiyini bir daha xatırladıb. Sərgidə 170-ə yaxın fotoşəklin nümayiş
olunduğunu söyləyən
Ə.Qarayev hər bir fotonun özünəməxsus
maraqlı tarixçəsi
olduğunu deyib.
“Burada Mstislav
Rostropoviçin uzun müddət ictimaiyyətə
çıxarılmayan şəkilləri
də sərgilənir.
Nümayiş olunan fotoların əksəriyyəti
Rostropoviçin Ev Muzeyinə təqdim ediləcək”.
M.Rostropoviçin qızı Olqa Vişnevskaya isə
festival və sərginin
məhz Bakıda keçirilməsini yüksək
dəyərləndirib. Atasının Bakıya mənən bağlı olduğunu deyən O.Vişnevskaya drijorun ölkəmizi hədsiz sevdiyini diqqətə çatdırıb.
“Atam sağ olsaydı, əminəm ki, ilk festivalın məhz Bakıda keçirilməsi fikrini dəstəkləyərdi”. M.Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya isə festivalın və sərginin yüksək səviyyədə
təşkil olunmasından
razılıq edib.
Q.Vişnevskaya həvəskar fotoqraflar
tərəfindən çəkilən
və sərgilənən
şəkillərin onu
valeh etdiyini də gizlətməyib.
Xanım
Vişnevskaya festivalın
ilk dəfə Bakıda
təşkil edilməsini
Rostropoviçin bu şəhərdə anadan
olması ilə əlaqələndirib.
Qeyd edək ki, festival Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
və Heydər
Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Foto-sərgi dekabrın 18-dək davam edəcək.
Yeni Azərbaycan.- 2007.- 14 dekabr.- S. 8.