Esmira

 

“Qədim Şərqin” “Sarı gəlin”i

 

“Mən orada erməniləri “Sarı gəlin”i ifa edən zaman durub zaldan çıxmaqlarından tanıyırdım”

 

Azərbaycanın "Qədim Şərq" adlanan muğam qrupu bu yaxınlarda Almaniyadan səfərdən qayıdıb. Bu qrupun ifaçısı Konservatoriyanın 2-ci kurs tələbəsi Vüqar Musayev konsertdə baş verənləri qəzetimizə danışdı. Məlumat üçün qeyd edək ki, qrup 4 nəfərdən ibarətdir: Tar - Əlman Sadıqov, kamança - Elman Mikayılov, dəf - Mahmud Salah, ifaçı - Vüqar Musayev.

 - Səfəriniz nə vaxt başladı?

-  Oktyabr ayının birində biz artıq Almaniyada idik. Ora 30 günlük konsert proqramı ilə getmişdik. Konsertlər arası dincəlməyə belə vaxtımız yox idi. İki saatlıq konsertdən sonra çoxsaylı televiziya radio proqramlarında iştirak etdik.

-  Bu layihəyə qatılmağınızda kim vasitəçi oldu?

- Bizim ora getməyimiz üçün şərait yaradan adam Elmlər Akademiyasının üzvü, muğamşünas Sənubər Bağırovadı. Ora bizi dəvət edən Almaniya Mədəniyyət Nazirliyi çərçivəsində "Alba" mədəniyyət şirkətidir.

- Nəyə görə məhz sizi bu layihədə iştirak etməyə dəvət etdlilər?

- Almaniyada yaşayan digər millətlər üçün təşkil olunmuş bu tanıtım layihəsində Azərbaycanı sırf ona aid olan musiqi ilə təmsil etmək lazım idi. Biz  isə, məncə, muğamı  17-18-ci əsrlərdə olduğu kimi ifa edən tək qrupuq. İfa olunan muğamdakı sözləri xaricilər başa düşməsə , orda olan melizemləri onlar çox bəyəndi. Bunu mən orda eşitdiyim gördüyüm alqışlara əsasən deyirəm. Konsert vaxtının bitməsinə baxmayaraq, biz ifamızı davam etdirirdik zaldan heç kəs durub çıxmırdı, bir iki nəfər istisna olmaqla.

Orada hansı muğamları ifa etdiz?

- "Bayatı şiraz", "Şüstər", "Ovşarı", "Şur", "Sarı gəlin" s. "Sarı gəlin" isə bizim "vizit kartımız" idi. Biz hər çıxışı onunla başa vururduq. Orada olan ermənilərin buna etirazını görəndə mən çox qəzəbləndim. Orda özlərini türk kimi təqdim edən bizə jurnalist kimi yaxınlaşan bu mənfur ermənilər utanmayaraq "Sarı gəlin"in məhz onlara aid olduğunu bildirdilər. Bizim ifamız məhz "Sarı gəlin"ə çatanda onlar durub zalı tərk etdilər, bununla da mədəniyyətsizliklərini bir daha sübut etdilər.

-   Konsertdə azərbaycanlılar var idi?

-  Xeyr. 30 gün ərzində olan bu konsertlərdə biz ancaq cənubi azərbaycanlılarla qarşılaşdıq. Onlar bizim ifamızdan sonra özləri bizə yaxınlaşırdı, təşəkkür edirdi. Ancaq orda bir acınacaqlı faktla üzləşdik. Çoxları konsertdən sonra yaxınlaşaraq Azərbaycanın harda yerləşdiyini bu musiqinin ermənilərə  aid olub-olmadığını soruşurdular. Hətta sübut kimi mənə tarın kamançanın erməni aləti olduğunu gətirirdilər.

-   Sizcə ermənilərin bu qətiyyətlə "Sarı gəlin"i mənimsəməsi ilə əlaqədardır?

- Əlbəttə Azərbaycan mədəniyyətinin dünyada çox zəif təqdim olunması ilə. Ermənilər bizim susmağımızdan istifadə edib özlərinə xas olmayan, oğurluq mədəniyyət yaradıblar. Digər bir erməni mənfurlluğu ilə mən konsertdən sonra rastlaşdım. Köln şəhərində rf Azərbaycan bayrağı altında yerləşən restoranlardan birində biz bizim Almaniyadakı    prodüserimizə Azərbaycan qonaqlığı vermək istədik. Süfrəyə dolma, bozbaş, ayran gələndə almanların bunları erməni yeməyi bildiyini söylədi.  Buna qəzəblənərək mən qonaqlara  ermənilərin adının mənasını belə bilmədiyi yeməkləri mənimsədiyini başa saldım. Çox təəssüflər olsun ki, onlar günahı bizim öz mədəniyyətimizi qoruyub-saxlaya bilməməyimizdə gördülər.

 

Bizim yol.- 2007.- 4 dekabr.- S. 15.