Dövlət Kukla Teatrı əsaslı təmir yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir


Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı əsaslı təmir yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı İlham Əliyevə xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olundu. Milli geyimli oğlan qızlar sülh rəmzi olan göyərçinləri havaya buraxdılar.
Prezident İlham Əliyev əvvəlcə teatr binasının ətrafını gəzdi, abadlıq yaşıllaşdırma işləri ilə tanış oldu. Dövlətimizin başçısı açılış mərasiminə toplaşan inşaatçıları, teatrın əməkdaşlarını salamlayaraq dedi ki, gözəl görmüsünüz. İndi bina tamamilə yeni görkəm almış gözəlləşmişdir. Əlbəttə, içəridə bütün lazımi avadanlıq, istilik sistemi, kondisionerhər şey var.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi, teatr binasının fasadına, binanın əvvəlki indiki görünüşünü, təmir yenidənqurma işlərinin gedişini əks etdirən fotoşəkillərə baxdı.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev dedi ki
, cənab Prezident, əsaslı təmir yenidənqurma işləri SizinAzərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 19 fevral tarixli sərəncamınıza uyğun olaraq həyata keçirilmişdir. Bu ilin mayında Siz teatrda işlərin gedişi ilə tanış olmuşdunuz.
Foyedə divar boyu 300 kvadratmetr sahədə xalq rəssamı Toğrul NərimanbəyovunAzərbaycanın nağıl aləmiəsəri çəkilmişdir.
Müasir texniki avadanlıqla təchiz olunmuş səs radio sexi, səhnə işıqları sexi yaradılmışdır xüsusi otaqdan kompyuter vasitəsilə idarə olunur. İnzibati otaqlar, hər aktyor üçün isə ayrıca qrim otağı vardır. Rekvizit kostyum otağında tamaşalarda istifadə olunan əşyaların qorunması üçün xüsusi şərait yaradılmışdır. Geniş məşq salonunda 120-dən çox xüsusi işıq cihazları, müasir texnologiya əsasında kompyuterləşdirilmiş səs avadanlığı quraşdırılmışdır.
2700 kvadratmetr sahəsi olan teatrda Azərbaycan rus bölməsi ilə birlikdə 30 nəfərlik aktyor heyəti var. 200 nəfərlik tamaşa salonu da b
üsbütün yeni görkəm almışdır.
Prezident İlham Əliyev teatrın inzibati qrim otaqlarını, səs radio, işıq sexlərini, məşq salonunu gəzdi, yaradılan şəraitdən, işlərin yüksək keyfiyyətlə aparılmasından razılığını bildirdi. Dövlətimizin başçısı ikinci mərtəbədəki eyvandan ətrafı seyr etdi.



Ə.Qarayev bildirdi ki, teatrda bir il ərzində dünya standartlarına uyğun aparılan keyfiyyətli təmir yenidənqurma işlərinə tikinti şirkətləri 20 illik zəmanət vermişdir. XX əsrin əvvəllərində bu binanın layihəsini Bakıda yaşayan polyak arxitektoru Ploşko vermiş Fenomenkinoteatrı kimi tikilmişdir. Sonralar müxtəlif vaxtlarda burada teatr truppaları, muzey s. fəaliyyət göstərmişdir. Azərbaycanda kukla teatrı 1931-ci ildə yaradılmışdır. 1941-ci ilədək 1946-50-ci illərdə müstəqil, 1941-46- illərdə Gənc Tamaşaçılar Teatrının, 1950-ci ildən Filarmoniyanın nəzdində fəaliyyət göstərmişdir. 1965-ci ildən isə yenidən müstəqil teatrdır. İlk dövrlərdə teatrda Azərbaycan, rus, Qərbi Avropa dramaturqlarının pyesləri, Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında hazırlanmış tərbiyəvi əhəmiyyət xarakterli əsərlər səhnəyə qoyulmuşdur. 1974-cü ildən teatra Abdulla Şaiqin adı verilmişdir. 1975-ci ildən burada böyüklər üçün tamaşalar göstərilir.
Sonra teatrın yaradıcı kollektivi balacalar üçün Elşad RəhimzadəninNağıllar aləmindətamaşasını göstərdi. Uşaqlar tamaşa salonuna gələn dövlətimizin başçısını xanımını hərarətli alqışlarla qarşıladılar.
Prezident İLHAM ƏLİYEV uşaqları təbrik edərək dedi:
Salam uşaqlar, mən sizin hamınızı qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm. Gözəl bayram ərəfəsində bizim sevimli kukla teatrımız əsaslı təmirdən sonra indi öz fəaliyyətini davam etdirir. Bu gözəl binada çox gözəl tamaşalara baxacaqsınız.
Bu bina tarixi binadır. Artıq 100 ildir ki, tikilibdir. Biz bunu sizin üçün əsaslı təmir etdik ki, uşaqlar gəlib burada yaxşı tamaşalara baxsınlar, yaxşı istirahət etsinlər. Yəqin bilirsiniz ki, indi Bakıda müxtəlif teatr muzeylər təmir olunur. Amma birinci təmir olunan teatr məhz kukla teatrıdır. Ona görə ki, biz ilk növbədə, bütün imkanlarımızı uşaqların rahat yaşamasına, dincəlməsinə yönəltməliyik, uşaqlar üçün işləməliyik işləyirik.
İndi Bakıda gözəl binalar çoxdur. Onların hamısı gözəl təmir olunur, yeniləşir. Şəhərimizin bu gözəl yerində gözəl binalar kifayət qədərdir. Kukla teatrının binası da öz memarlığı ilə fərqlənir. Burada işləyən aktyorlar üçün , tamaşaçılar üçün yaxşı şərait yaradılmışdır. Əminəm ki, burada yaxşı tamaşalar göstəriləcəkdir.
Uşaqlar bizim gələcəyimizdir. Siz gələcəkdə Azərbaycanın inkişafında öz sözünüzü deyəcəksiniz. Vaxt gələcək, siz ölkəmizin inkişafı üçün lazımi qərarlar qəbul edəcəksiniz, göstərişlər verəcəksiniz. Ona görə, gərək siz yaxşı oxuyasınız, yaxşı vətəndaş olasınız. Məktəbdə yaxşı oxuyasınız. Siz bilikli, savadlı olmalısınız ki, vaxt çatanda ölkəmizin gələcəyi üçün bütün lazımi işləri görəsiniz. Uşaqlar ölkəmizin gələcəyidir. 30 ildən sonra, 40 ildən sonra Azərbaycanın inkişafı sizdən asılı olacaqdır. Ona görə, ilk növbədə, mütləq yaxşı oxumaq, yaxşı biliklərə malik olmaq, idmanla məşğul olmaq lazımdır. Hər bir insan elə uşaqlıq yaşlarından idmanla məşğul olmalıdır, idman insanı fiziki cəhətdən sağlam edir. Fiziki cəhətdən sağlam olan insanlar mənəvi cəhətdən sağlam olmalıdırlar belə olur. İdmanla məşğul olmaq, yaxşı oxumaq, böyüklərin sözünə qulaq asmaq yaxşı yemək lazımdır. Uşaqlar gərək yaxşı yesinlər ki, güclü olsunlar. Beləliklə, böyümək, yaxşı vətəndaş olmaq gələcəkdə doğma xalqımıza, Azərbaycanımıza töhfə vermək lazımdır.
Mən bu gözəl bayram ərəfəsində sizin hamınızı bir daha təbrik etmək istəyirəm. Dekabrın 31-i, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünya azərbaycanlıları daha da sıx birləşməlidir. Azərbaycan dövləti inkişaf etməlidir, Azərbaycan xalqı rahat, firavan həyat yaşamalıdır.
Əziz balalar, sizi qarşıdan gələn bütün bayramlar münasibətilə bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram. Sağ olun.
* * *
Uşaqlar dövlətimizin başçısının ürək sözlərini böyük maraqla dinlədilər. Tamaşanın aparıcısı uşaqlar adından dərin minnətdarlıq bildirərək dedi ki, cənab Prezident, bu gözəl hədiyyəyə görə biz SizəÇox sağ olun!” deyirik. İcazə verin, xatirə olaraq, Sizə teatrımızın mərhum baş rejissoru, aktyor, dünyada ilk dəfə olaraq bu il PolşanınTəbəssümordeninə layiq görülmüş Ələkbər Hüseynovun ən sevimli kuklasını təqdim edim.
Cənab Prezident, bu nağıl qəhrəmanları da çox arzu edirdilər ki, onların da belə gözəl, möhtəşəm, qəşəng teatrları olsun. Biz bilirik ki, bu günlərdə Sizin işləriniz lap çoxdur. Amma uşaqlara əsl yeni il hədiyyəsi olan bu binada tamaşa göstərməyin vaxtıdır.
İcazənizlə, bu gözəl balalar üçün tamaşamıza başlayaq bir daha Sizə deyirik: “Çox sağ olun”.
* * *
UşaqlarNağıllar aləmindətamaşasına böyük maraqla baxdılar.
 

Xalq qəzeti.-2007.- 27 dekabr.- S. 1-2.