“Həyat tamaşa kimi...”
Əlil uşaqların Milli
Festivalı keçirilib
Rəşid Behbudov adına Mahnı
Teatrında "Həyat
tamaşa kimi..." İnteraktiv Tamaşaların İkinci
Milli Festivalı keçirilib. Kiçik
tamaşaların aktyorları
iş qabiliyyətini tamamilə və ya qismən itirmiş əlil uşaqlar olub. Tədbirin təşkilatçıları
kimi "Müşfiq"
Əlil Uşaqlara Yardım ictimai Birliyi, "Müstəqil
Həyat inkişaf və Dəstək Mərkəzi", "Göy
qurşağı" Reabilitasiya
Mərkəzi, "Oriqami"
Uşaq və Yeniyetmələrin ictimai Birliyi, "Sən tək deyilsən" Gənc Əlil Qızlara Yardım İctimai Birliyi çıxış edib.
Uşaqlar "Sehirli xalat" kinofilmindən fraqmentlər,
M.F.Axundovun, Ü.Hacıbəyovun,
Kismet Hüsenin əsərləri
əsasında tamaşalar
nümayiş etdiriblər
("Turan"). Bu tədbir
əlil uşaqlar arasında istedadları aşkara çıxarmaq və onlara özlərini tam qabiliyyətli
vətəndaşlar kimi
hiss etməyə yardım
məqsədilə artıq
ikinci ildir ki, keçirilir (ilk dəfə 14 dekabr
2006-cı ildə keçirilib).
Rəsmi məlumatlara
görə, Azərbaycanda 413000-dən çox əlil var, onlardan 40000-i uşaqlardır.
Ekspress.- 2007.- 18 dekabr.- S. 13.