Samirə
“İbRus”un Fransa fəthi
"İbRus" Teatrının
kollcktivinin Fransanın Marsel şəhərində
yerləşən və teatr sənətinin tədqiqi ilə
məşğul olan "Turski" teatrında
çıxışının nəzərdə tutulması
barədə xəbər vermişdik. Rüstəm İbrahimbəyovun
rəhbərlik etdiyi kollektivin budəfəki səfəri
barədə məlumatı teatrın əməkdaşı
Valentina Reznikovadan aldıq: "Öncə Fransada yaşayan
azərbaycanlılar da daxil olmaqla sənətsevərlər
Oleq Səfərəliyevin "Əlvida, cənub
şəhəri" filmini seyr etdilər. Film Ülviyyə
Axundova tərəfindən fransızca titrlərlə təchiz
edilmişdi. Səhərisi gün isə Mehriban Zəki, Fuad
Poladov, Mələk Abbaszadə və Sadıq Əhmədovun
təqdimatmda "Arabir görüşmək
üçün kişi axtarıram" səhnə
əsəri oynanıldı. Rüstəm İbrahimbəyovun
qələmə aldığı və Rafiq Əliyevlə
birlikdə quruluş verdikləri bu tamaşanın
dialoqlarını da seyrçilər xüsusi qulaqlıqlar
vasitəsilə fransız dilində dinləyirdilər.
Qeyd etməliyəm ki,
əksəriyyəti fransızlar və çar Rusiyasından
ınühacirət etmiş insanlardan ibarət olan auditoriya tamaşanı çox gözəl qarşıladı.
Hənı də bu
barədə təkcə sürəkli alqışlardan yox,
tamaşadan sonra təşkil edilmiş görüşün
gedişatından da əmin olmaq mümkün idi".
Həmin
görüşdə isə tamaşaçılar onlara
tanış olan Azərbaycan adlı ölkənin
mədəniyyəti ilə tanışlıq imkanından
məmnun olduqlarını ifadə edib, sənətimizi
yüksək qiymətləndirdiklərini deyiblər. Xoş
təsadüfdən "İbRus"ün qastrolu
"Turski" teatrının rəhbəri Rişar Martenin
təşəbbüsü ilə keçirilən Aralıq
dənizi ölkələrinin teatrlarının
ənənələrinin öyrənilməsinə həsr olunmuş
simpozium-seminarla bir vaxta təsadüf etmişdi. Seminarda iştirak
edən tanınmış teatrşünäslar, teatr
tənqidçiləri aktyorlarımızın
sənətkarlığının bilavasitə şahidi
olaraq peşəkar kimi fıkirlərini bildiriblər.
V.Reznikova: "Teatr
sənətinin ekspertləri aktyorlarımızın
ifasını dünya miqyasında tanınmış
sənətkarların iş üslubu ilə müqayisə
etdilər. Məsələn, Fuad Poladovun oyun tərzində
Meyerxold sisteminin elementlərini gördülər,
ümumilikdə "İbRus"un timsalında Azərbaycan
teatr ənənəsinin özgünlüyünü vurğuladılar.
Dünyanın bir
neçə ölkəsində kifayət qədər
yaxşı tanınan Rüstəm İbrahimbəyovun
çoxsaylı suallara cavabları isə ayrıca
mövzudur. Məhz bu cavablar sayəsində Fransa sakinləri
ölkəmizin və xalqımızın özünəxas
keyfiyyətləri barədə müfəssəl məlumat
aldılar. Əmin oldular ki, neft Azərbaycanın heç
də ən başlıca sərvəti deyil"...
Həftə içi.- 2007.- 6 dekabr.- S. 8.