Qarabağnamə operasına ictimai baxış

 

Xalq artisti, xaricdə "Azərbaycanlı maestro" kimi tanınmış bəstəkar Firəngiz Əlizadə özünün yeni əsəri olan "Qarabağnamə" operası ilə bizi yenidən sevindirmişdir.
Dekabrın 15- Azərbaycan Dövlət Opera Balet Teatrında bəstəkarın ustalıqla yazılmış eyni dərəcədə yüksək sənətkarlıqla tamaşaya qoyulmuş operasına ictimai baxış olmuşdur. Operanın libretto müəllifi filologiya elmləri doktoru professor Nərgiz Paşayevadır.
Azərbaycan xalqının istedadlı nümayəndələrinin yaradıcılıq əməkdaşlığı teatra toplaşmış tamaşaçıların gözlədiyindən uğurlu olmuşdur. F.Əlizadənin musiqisi elə ilk akkordlardan dinləyicini valeh edir, ekspressiyanı əvəz edən lirika qəlbin ən incə tellərinə toxunur.
Əsərin əvvəlində Qarabağ çiçəklənən bir diyar kimi təqdim edilir. Sanki ilk baxışda düşünürsən: bu diyarın gözəl ruhən güclü insanlarının xoşbəxtliyinə heç mane ola bilməz. Seyid kişinin Əsli xanımın ailəsi toy tədarükü görür: Arif onların qızı gözəl Mələk bir-birini saf məhəbbətlə sevirlər.
Doğma diyarın gözəlliklərini əks etdirən nəfis dekorasiyalar tamaşaçını məftun edir. Səhnənin dərinliyində quraşdırılmış böyük ekranda görünən, Qarabağın mənzərəli guşələrindən çəkilmiş kadrlar, bulaqlar, şəlalələr gözəl dağ vadiləri göz oxşayır. Arx kənarında toplaşmış qızlar eşitdikləri son yeniliklərdən danışır, balaca uşaqlar çəmənlikdə qaçışır, əlvan geyimli cavan kəndli qadınlar öz uşaqlarını evə çağırırlar.
Lakin bu xoşbəxtliyin ömrü qısa olur. Doğma diyarın başının üstünü qara qarğa dəstəsinə oxşayan düşmənlər alır, köçkün "karvanlar" yaranır. Bu müsibət Seyid kişinin ailəsindən yan keçmir. Onun öz evində sığınacaq verdiyi, ata-anasını belə tanımadığı uşaq, sən demə, Yad adamın oğlu imiş...
Özünü kimsəsiz bir qoca kimi qələmə verən, Seyid kişinin evində sığınacaq istəyən Yad adam isə Mələyin toy günündə düşmənlərlə əlbir olaraq Seyid
kişinin kəndini qarət edir. Arif həlak olur, Mələk dağlarda donur, Əsli balaca oğlu ilə qalır. Düşmən uşağı da məhv etmək istəyir. Lakin tale özü bu oğlana yar olur, Tanrı onun köməyinə yetişir. Bu qüvvəni isə heç kəs üstələyə bilməz.
Əsərin mövzusu erməni təcavüzünün bütün əzablarını yaşamış Azərbaycan xalqına çox yaxındır. Bu analogiya tamaşaçıların qəlbində ağrılı hisslər oyadır. Hətta başlanğıcda işıqlı, əlvan, parlaq rənglərlə seçilən dekorasiyalar da hadisələrin gedişinə uyğun olaraq tünd qırmızı çalarlar alır.
Mələk Arifi göylərdə bir-birinə qovuşduran səmavi qüvvələrin rəmzi olan Dərviş obrazı da müəllif tərəfindən çox gözəl təsvir edilmişdir.
Təbii ki, əsərin son akkordları tamaşaçıda nikbinlik oyadır, bununla müəllif demək istəyir ki, heç bir qara qüvvə bu torpaqda qalib ola bilməz.
Bu gözəl tamaşanın quruluşçu rejissorları xalq artisti Cənnət Səlimova Raymundos Banionisdir. Tamaşada əsas rolları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), Əvəz Abdullayev (Yad adam), Gülnaz İsmayılova (Mələk), Həsən Enami (Arif) başqaları ifa edirlər

 

Azərbaycan.- 2007.- 16 dekabr.- S. 5.