Samirə

 

Azərbaycanlı Riqoletto alman səhnəsinə yaraşdırıldı

 

Xəbər verdiyimiz kimi, dekabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Riqoletto" operasının tamaşası keçirilib. Tamaşada əsas partiyaları teatrın gənc solistləri əməkdar artistlər Əvəz Abdullayev, Samir Cəfərov və istedadlı vokalçı İlahə Əfəndiyeva ifa ediblər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbııat xidmətinin verdiyi məlumata görə, homin gün çoxsaylı tamasaçılar içərisində Münhcn Opera Sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya da olub. Teatrın direktoru Akif Məlikovun dəvəti ilə gənc və perspektivli vokalçıların ifasını dinləmək məqsədilə tamaşada iştirak edən xanım Korneliya Riqoletto partiyasını ifa edon Əvəz Abdullayevin istedad və bacarığını cox bəyənib. Taınaşadan sonra bu barədə öz təəssüratını bölüşən almaniyalı dirijor deyib: "Opera sənətində Riqoletto partiyası vokal nöqteyi-nəzərindən və aktyorluq keyfıyyətlərinə görə çox mürəkkəb bir rol hesab edilir. Əvəz Abdullayevin hər iki vəzifənin öhdəsindən parlaq şəkildə gəlməsi onun güclü vokal və böyük aktyor imkanlarına malik olduğunu göstərir. Ə.Abdullayev çox nadir vokal xüsusiyyətlərinə - aydın diksiyaya, heyranedici, hədsiz dərəcədə gözəl səs tembrinə malikdir."

Xanıın Korneliya əmin olduğunu deyib ki, bütün bu yüksək göstəricilər ən yaxın zamanlarda Ə.Abdullayevin Avropa səviyyəsində bir vokalçı kimi yetişməsinə imkan veriləcək.

2008-ci ildə baş tutacaq Münhen Opera Sənəti festivalı çərçivəsində "Riqoletto" operasının 2 tamaşası  keçiriləcək.

K.F.Kerssenbrok hor iki tamaşada Riqoletto partiyasında Əvəz Abdullayevi görmək istədiyini qeyd edib və ideyasını rəsmı dəvətə çevirməkdən ötrü müvafıq addımları atacağını deyib. K.F.Kerssenbrok: "Əminəm ki, Əvəz Abdullayevin Almaniyada yiiksək səviyyəli ifası Münhen Opera Sənəti festivalının özünəməxsus bəzəyinə çevriləcək".

 

Həftə içi.- 2007.- 5 dekabr.- S. 8.