Niğdə bələdiyyəsində mədəniyyət istirahət parkına Heydər Əliyevin adı verilmişdir

 

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Avropa turnesinə Türkiyədən başlamışdır. Noyabrın 20-dən 28-dək Türkiyədə Azərbaycan-Manisa mədəniyyət həmrəylik dərnəyi Niğdə valiliyinin dəvətinə əsasən, Mədəniyyət Turizm Nazirliyinin göndərişi ilə qastrolda olmuş Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı qrupu Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun", "Arşın mal alan" operettaları əsasında hazırlanmış tamaşaları folklor nümunələri əsasında səhnələşdirilmiş meydan tamaşaları nümayiş etdirmişdir.
Teatrın direktoru, nümayəndə heyətinin rəhbəri, əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirmişdir ki, qastrol müddətində əməkdar artistlər Vaqif Kərimov, Tünzalə Əliyeva, Elnarə Heydərova, aktyorlar Aslan Məmmədov, Ədalət Əbdülsəmədov başqalarının ifaları alqışlarla qarşılanmışdır. Teatrın kollektivi İzmir, Manisa Niğdə bələdiyyələrinin, həmçinin yaradıcı kollektivlərin rəhbərliklərinin diplomlarına layiq görülmüşlər.
Teatrın kollektivi "diplomatik missiya" ilə çıxış etmişdir. İ.Piriyev bildirmişdir ki, noyabrın 26-da Niğdə şəhərinin yaraşıqlı "Qızıl alma" parkının adı dəyişdirilərək bu istirahət guşəsinə Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin adı verilmişdir. Teatrın rəhbərliyi bu mərasimdə rəsminü mayəndə qismində iştirak etmişdir.
Tədbirdə Azərbaycan Türkiyənin dövlət bayraqları qaldırılmış, hər iki ölkənin himnləri səsləndirilmiş, teatrın kollektivinin ifasında İ.Piriyevin ulu öndər Heydər Əliyevə həsr etdiyi "Müstəqil vətənin memarı" poemasından parçalar söylənmişdir. Addəyişdirmənin rəsmi sənədi İ.Piriyevə təqdim olunmuş gələcəkdə bu parkda Heydər Əliyevin abidəsinin qoyulacağı yer müəyyən edilmişdir.
İ.Piriyev onu da bildirmişdir ki, Türkiyənin Niğdə şəhəri ilə Azərbaycanın Quba şəhərinin qardaşlaşması barədə sənədlər hazırlanmışdır.
Teatr kollektivinin qastrol səfəri Avropa ölkələrinə turne ilə davam etdiriləcəkdir. Belə ki, Türkiyə-Azərbaycan dərnəyinin təşəbbüsü ilə turneyə 2008-ci ilin yaz-yay aylarında start veriləcəkdir. Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək səfər çərçivəsində teatrın yaradıcı kollektivi İsveçrə, Hollandiya, Almaniya Avstriyada olacaqlar. Aprel ayına planlaşdırılan 15 günlük səfər zamanı 12 nəfərlik yaradıcı heyətin ifasında folklor nümunələrindən ibarət meydan tamaşaları göstəriləcəkdir. Bununla yanaşı, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun", "Arşın mal alan" operettaları əsasında hazırlanmış tamaşaların da nümayişi olacaqdır.

 

Azərbaycan.- 2007.- 18 dekabr.- S. 2.