Dekabrın 12-də Birinci beynəlxalq Rostropoviç musiqi festivalı çərçivəsində
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva konsertdə olmuşlar.
Dünya şöhrətli
musiqiçi Mstislav Rostropoviçin həyat yoldaşı Qalina Vişnevskaya da salonda idi. Amerikalı
dirijor Kristian Badeanın rəhbərliyi
ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında P.Çaykovskinin
əsərləri səslənmişdir.
Solist görkəmli rusiyalı violonçelçi
Nataliya Qutman idi.
Xalq qəzeti.- 2007.- 13 dekabr.- S. 2.