Hüseynzadə F.
Heydər Əliyevin
adını daşıyan 39 xatirə muzeyi tikilib
Zaqatala, Astara,
Xızı və diqər rayonlarda belə muzeylərin tikintisi
ilə bağlı işlər gedir
Liderlərin millət üçün gördükləri işlər danılmazdır. Hər hansı milləti, xalqı dünyada tanıtdıran və məşhur edən nə qədər onun mədəniyyəti, milli adət-ənənəsi, tarixidirsə, bir o qədər də onun siyasi xadimləridir. Necə ki ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı beynəlxalq aləmdə tanıtdırdı və buna görə də xalqımız həmişə onun ruhu qarşısında borcludur. Napoleon Bonapart, Corc Vaşinqton, Mustafa Kamal Atatürk öz xalqları üçün nə ediblərsə və onlar dünya tarixində hansısa iz qoyublarsa, Heydər Əliyev də bizim üçün bunu edib. Eyni zamanda bu gün bütün dövlətlər onu dünyəvi siyasətçi kimi qəbul edir.
Elə dövlət var ki, adı dünyanın siyasi xəritəsində olsa da, haradasa onun haqqında danışanda heç kim bu dövlətin yerini belə bilmir. Bir vaxtlar Azərbaycan da belə ölkələrdən idi. Heydər Əliyev Azərbaycanı məhz bu cür vəziyyətdən çıxardıb dünya səviyyəsində tanınan və özünün xüsusi yeri olan öləkələr sırasına qatdı. Onun xarici siyasətinini əsas istiqaməti də elə bundan ibarət idi. Dediyimiz kimi bütün xalqımız qarşısında Heydər Əliyevin danılmaz əməyi var. Onun ruhuna ehtiram olaraq çoxlu istiqamətdə işlər görülüb, müxtəlif tədbirlər həyata keçirilib və bu günləri də bu davam etdirilməkdədir. Bunlardan biri də ümumxalq məhəbbətindən irəli gələrək ulu öndərin xatirəsini əbədiləşdirmək üçün paytaxtda və respublikamızın rayonlarında Heydər Əliyev adına muzeylərin yaradılmasıdır. Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra rəhbər kimi ölkənin bütün rayonlarına səfər edib, bu rayonların sakinləri ilə birbaşa təmasda olaraq onların problem və qayğıları ilə şəxsən özü maraqlanırdı. Ən azı buna görə həmin muzeylərin yaradılması təqdirəlayiqdir. Qeyd edək ki, 2005-ci ildən bu istiqamətdə intensiv işlər aparılır. Mədəniyyət və Turizm Nazirliyindən aldığımız məlumata görə, 2006-cı ildə 25 belə xatirə muzeyi tikilib və istifadəyə verilib. Bu il isə 14 muzey ictimaiyyətin ixtiyarına verilib. Həmçinin Zaqatala, Astara, Xızı və digər rayonlarda Heydər Əliyevin adını daşıyan xatirə muzeylərinin tikintisi ilə bağlı işlər gedir.
Bu muzeylər həm də ocaqdır - Heydər
Əliyev ocağı.
Əhalimiz bu işığa yığışıb
milli
liderlərinin kimliyini
tanımalı, onun siyasi təcrübəsindən
ilham almalıdırlar. Çünki, hər bir vətəndaşın
fərdi kimliyini şəxsiyyət vəsiqəsi
necə təsdiq edirsə, Heydər Əliyev də bizim milli kimliyimizi dünyada o cür təsdiq
eləyib.
Paritet.- 2007.- 13-14 dekabr.- S. 4.