Ermənilər mədəniyyət incilərimizi öz adlarına çıxırlar

Mənfur qonşumuz olan ermənilər milli mədəniyyət nümunələrimizi öz adlarına çıxmaqda davam edirlər. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun sözlərinə görə, erməni həyasızlığı artıq o həddə çatıb ki, onlar bütün erməni portallarında, internet saytlarında, albomlarda, video və kino fimlərdə Azərbaycan musiqi alətlərinin, milli xörəklərinin adlarını dəyişdirərək erməni adları qoymağa başlayıblar. Bununla da onlar Azərbaycanın mədəniyyət nümunələrini torpaqlarımız kimi erməniləşdirərək, beynəlxalq miqyasda Azərbaycan mədəniyyətinin məhvinə yönəlmiş təbliğat işləri həyata keçirirlər.
Faiq müəllim ermənilərin tarixdə heç vaxt əraziyə, torpağa, dövlətə dövlətçilik ənənələrinə malik olmadığını bildirdi: "Onlar Dəclə Fərat çayının yuxarı vadisində vəhşi, acgöz nairilər kimi meydana gələrək dünyaya yayılıblar, haylara qaraçılara məxsus səyyar həyat tərzi keçiriblər. Ermənilər yalnız son iki əsr ərzində ruslar tərəfindən Cənubi Qafqazda məskunlaşdırılaraq, Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmağa nail olmaq istəyirlər". Faiq müəllimin sözlərinə görə, erməni turist şirkətləri Azərbaycanın mədəniyyət nümunələrini erməni adları altında təqdim edirlər: "Amma onlar milli erməni mədəniyyətini, milli erməni mətbəxi yaradaraq ona sahib olmaq imkanı əldə edə bilməyəcəklər". Təşkilat sədri hesab edir ki, Azərbaycan dünya ictimaiyyəti qarşısında, dövlət səviyyəsində ermənilərdən bu işlərə son qoyulmasını ciddi şəkildə tələb etməlidir

 

Xalq cəbhəsi.- 2007.- 27 dekabr.- S. 14.