Dekabrın
15-də Londondakı məşhur Madam Tüsso Muzeyinin "Dünya liderləri" salonunda Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru müxtəlif ölkələrin və epoxaların görkəmli
dövlət xadimləri
və siyasətçilərinin
fiqurları sırasında
öz fəxri yerini tutmuşdur. Xatırladaq ki, Rusiyadan savayı,
muzeydə indiyədək
MDB ölkələrindən heç birinin liderinin fiquru qoyulmamışdı.
Bu münasibətlə
keçirilən təntənəli
mərasimdə çıxış
edən Azərbaycanın
Böyük Britaniyadakı
səfiri Fəxrəddin
Qurbanov demişdir ki, Heydər Əliyev müasir demokratik Azərbaycanın siyasi və ideoloji təməlini qoymuşdur. Ümummilli liderin nəvəsi Arzu Əliyeva isə bildirmişdir ki, Heydər Əliyev nəinki böyük siyasətçi,
həm də sadə, xeyirxah insan idi, öz
doğmalarını və
yaxınlarını çox
sevir və ailə dəyərlərini
son dərəcə qiymətləndirirdi.
Böyük Britaniyanın
Azərbaycandakı keçmiş
səfiri Rocer Tomas demişdir ki, Heydər Əliyevlə aparılan danışıqlar bəzən
çətin, lakin həmişə yaxşı
olurdu. "Yunkom" Teatr Mədəniyyət Mərkəzinin prezidenti Fərid Haqverdiyev isə əmin olduğunu bildirmişdir ki, bu hadisə
britaniyalıların və
başqa ölkələrin
vətəndaşlarının Azərbaycanı daha yaxından tanımalarına
kömək edəcəkdir.
Heydər Əliyevin mum
heykəl-fiquru üzərində iş Madam Tüsso Muzeyinin təşəbbüsü
ilə bir il əvvəl başlanmışdı. Ulu
öndərin ailə
üzvləri və Heydər Əliyev Fondu bu işdə
britaniyalı mütəxəssislərə
böyük kömək
göstərmişdir.
Mum-fiqurun müəllifi,
muzeyin əməkdaşı
Stiv Sueys (o, kraliça II Elizavetin və Kuba lideri Fidel
Kastronun fiqurlarının
da müəllifidir) demişdir: "Mən heykəl-fiqur üzərində işə
başlayanda bu şəxsiyyət haqqında
geniş informasiya əldə etmək üçün Bakıya
getdim. Heydər Əliyev Fondunda oldum, xeyli arxiv
materialını öyrəndim,
minlərlə fotoşəklə
baxdım. Mən onu şəxsən tanıyan adamlarla görüşdüm". Heykəltəraş
bildirmişdir ki, Heydər Əliyevin xarakterinin müxtəlif xüsusiyyətlərini açmağa,
onu həm Prezident, həm də adi insan
kimi təsvir etməyə çalışmışdır.
Fiqur üzərində
iş ümumən yarım ilədək çəkmişdir. Ümummilli
liderin heykəl-fiquru bütün boyu hündürlüyündə
hazırlanmışdır. Onun əynində smokinq, ağ köynək və yaxasında kəpənək-qalstuk var. Heydər
Əliyevin müdrik baxışları uzaqlara
dikilmiş, üzündə
yüngül təbəssüm,
qamətində arxayınlıq
və əminlik hiss edilir. Qoluna
ulu öndərin sağlığında gəzdirdiyi
saat taxılmışdır.
Mərasimdə Milli Məclisin
Böyük Britaniyada
səfərdə olan
bir qrup deputatı, Türkiyənin
bu ölkədəki səfiri Mehmed Albuğan iştirak edirdilər.
1835-ci ildə fransalı
xanım Mari Tüssonun şəxsi mum fiqurlar kolleksiyası
əsasında yaradılmış
Londonun bu məşhur muzeyi Britaniya paytaxtının görməli yerlərindən
biri sayılır. Muzeyə və onun Vaşinqton, Nyu-York, Las-Veqas, Amsterdam, Hon-Konq və Şanxaydakı şöbələrinə hər
il on milyonlarla
tamaşaçı gəlir.
Azərbaycan.- 2007.- 16 dekabr.- S. 2.