Azərbaycan Milli Kitabxanası ilə Misirin İsgəndəriyyə Kitabxanası arasında əməkdaşlıq protokolu imzalanmışdır

 

Dekabrın 24-də Azərbaycanın Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev ölkəmizə işgüzar səfərə gəlmiş Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin ilə görüşmüşdür.

Qonağın səfər proqramının geniş zəngin olduğunu diqqətə çatdıran nazir bildirmişdir ki, İsmayıl Serageldin ölkəmizdə təkcə mədəniyyət sahəsi ilə deyil, müxtəlif qurumların işi ilə tanış olacaq, tədbirlərdə iştirak edəcəkdir.

Ə.Qarayev ölkəmizdə mədəniyyətin turizmin inkişafına, o cümlədən kitabxanaların işinin təkmilləşdirilməsinə Prezident İlham Əliyevin yaxından diqqət qayğı göstərdiyini, həmin sahələrlə bağlı 40-a yaxın sərəncam imzaladığını bildirmişdir.

Misir-Azərbaycan mədəni əlaqələrindən danışarkən Ə.Qarayev vurğulamışdır ki, cari ildə Misirdə Azərbaycan mədəniyyəti günlərinin, Bakıda Misir filmləri həftəsinin keçirilməsi bu sahədə müəyyən irəliləyişlər olduğunu sübut edir. Lakin gələcəkdə əlaqələrin genişləndirilməsi üçün imkanlar vardır. Bakının 2009-cu ildə İslam mədəniyyətinin mərkəzi elan olunması səbəbindən gələcəkdə İsmayıl Serageldin ilə daha çox görüşəcəyini deyən nazir qonağı 2009-cu ildə keçiriləcək tədbirlərdən birinə dəvət etmişdir.

Qonağın hazırkı səfərinin başlıca məqsədinin İsgəndəriyyə kitabxanası ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin genişləndirilməsi olduğunu deyən Ə.Qarayev Milli kitabxanada aparılan yenidənqurma, dünya kitabxanaları ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat vermişdir. Görüşdən məmnunluğunu bildirən İsmayil Serageldin İsgəndəriyyə kitabxanasının tarixindən danışmış, 5 il əvvəl onun yenidən qurulduğunu bildirmiş, oxucularının 1 milyonu keçdiyini vurğulamışdır. Səfər müddətində Milli kitabxana işçiləri ilə görüşəcəyini, onun işi ilə yaxından tanış olacağını, təcrübə mübadiləsi aparacağını deyən qonaq onu da diqqətə çatdırmışdır ki, görüş çərçivəsində Milli kitabxana ilə İsgəndəriyyə kitabxanası arasında üç il müddətinə əməkdaşlıq protokolu imzalanacaqdır.

Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov iştirak etmişlər.

Tərəflər bir-birinə hədiyyə təqdim etmişlər.

İsmayıl Serageldin jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.

 

Azərbaycan.- 2007.- 25 dekabr.- S. 7.