Azərbaycan Prezidenti İlham Əliyev İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm təhsil üzrə müşaviri İsmayıl Serageldini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25- Prezident Sarayında İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm təhsil üzrə müşaviri İsmayıl Serageldini qəbul etmişdir.
Azərbaycana səfərindən məmnunluğunu bildirən İsmayıl Serageldin Prezident İlham Əliyev tərəfindən qəbul olunmasından şərəf duyduğunu dedi. Qonaq ölkəsi ilə Azərbaycan arasında elm, təhsil sahələrində əlaqələrin daha da inkişaf etdirilməsinə İsgəndəriyyə kitabxanasının töhfə verməyə hazır olduğunu bildirdi.
Dövlətimizin başçısı ölkəmizin müvafiq strukturlarının dünya elminin inkişafına öz töhfəsini verən İsgəndəriyyə kitabxanası ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu əməkdaşlığın ölkələrimizin humanitar sahədə əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə əminliyini söylədi.

Xalq qəzeti.- 2007.- 26 dekabr.- S. 1.