İsgəndəriyyə Milli Kitabxanasının direktoru ölkəmizə gələcək

 

Misirin İsgəndəriyyə Milli Kitabxanasının direktoru İsmayıl Sirageldin dekabrın 23-də Azərbaycana gələcək. Bu barədə APA-ya Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov məlumat verib. İsmayıl Sirageldinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Bakıya gələcəyini deyən K.Tahirov bildirib ki, səfər zamanı Azərbaycan Milli Kitabxanası ilə İsgəndəriyyə Milli Kitabxanası arasında əməkdaşlığa dair üçillik proqramın imzalanması nəzərdə tutulub. Proqramda kitab sərgilərinin təşkili, kitab və informasiya mübadiləsinin həyata keçirilməsi və s. tədbirlər planlaşdırılıb.

 

Xalq cəbhəsi.- 2007.- 15 dekabr.- S. 14.