Namiq Əliyev: Azərbaycan
dövləti dost Gürcüstandakı mədəni irsimizin
bərpasına və qorunmasına yüksək
səviyyədə qayğı göstərir
AzərTAc-ın xüsusi
müxbiri Azərbaycan
Respublikasının Gürcüstandakı
səfiri Namiq Əliyevlə görüşüb
ondan müsahibə almışdır. Diplomat ölkələrimiz arasında
münasibətlər barədə
fikirlərini bölüşmüşdür.
Həmin müsahibəni
təqdim edirik.
-Cənab səfir,
ötən əsrin
90-cı illərində
ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdıqdan sonra
Tbilisidə dahi mütəfəkkirlərimiz M.F.Axundovun,
N.Nərimanovun və
C.Məmmədquluzadənin ev-muzeylərinin açılması, bərpası
istiqamətində işlərə
başlandı. Azərbaycan
Respublikasının
Prezidenti kimi Gürcüstana ilk səfəri zamanı Heydər Əliyev gürcüstanlı soydaşlarımızla
Tbilisidə görüşərkən
onlara dedi ki, siz öz
vətəninizdə, doğma
torpağınızda yaşayırsınız.
Bütün bunlar o zamankı ağır vəziyyət
və kriminal şərait üzündən
köç havasına köklənmiş
borçalıları bu
fikirdən daşındırdı.
Azərbaycanın görkəmli
ədiblərinin, ictimai-siyasi
xadimlərinin ev-muzeylərinin açılmasından,
tarixi abidələrin
bərpa olunmasından
xəbər tutan soydaşlarımızda yurd-yuvaya
bağlılıq hissi
daha da gücləndi.
Gürcüstan azərbaycanlılarının bu qənaətinə siz nələri əlavə edərdiniz?
-Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən
hakimiyyətə gələndən
sonra ölkədaxili problemlərlə yanaşı,
xaricdə yaşayan soydaşların, o cümlədən Gürcüstan azərbaycanlılarının
problemləri, onların
yoluna qoyulması məsələləri ilə
də yaxından maraqlanmış, müvafiq
strukturlardan bu istiqamətdə fəaliyyətlərini
daha da genişləndirməyi
tələb etmişdir.
Gürcüstanlı azərbaycanlıların bu dövlətdə cəmiyyətə inteqrasiyası,
onların dədə-baba yurdlarına möhkəm bağlanması,
o illərin məlum hadisələri, sıxıntıları, milli
mənsubiyyətə görə
təzyiqlərin nəticəsində
doğma torpaqları tərk etmək təhlükəsinin qarşısının alınması üçün
təsirli tədbirlər
görülməyə başlandı.
Ulu öndərin qəti tapşırıqları
sayəsində bütün
istiqamətlərdə işlər
canlandı, qüvvələr
səfərbərliyə alındı.
Ötən əsrdə
Gürcüstanda fəaliyyət
göstərmiş azərbaycanlı mütəfəkkirlərin, ictimai-siyasi
xadimlərin adlarının
əbədiləşdirilməsi, onların qəbirüstü
abidələrinin qaydaya
salınması, ev-muzeylərinin açılması
və s. məsələlər qaldırıldı.
Artıq soydaşlarımız
dərk edirdilər ki, onların arxasında Azərbaycan durur, başda Prezident Heydər Əliyev olmaqla Azərbaycan Respublikasının
rəhbərliyi onların
problemləri ilə maraqlanır və ən başlıcası,
bu torpaqda onlar müvəqqəti məskunlaşmayıblar, Borçalı
onların öz vətəni, doğma yurdudur, burada onların əcdadları uyuyur, burada onlar tarix yaradıblar. Bütün bunları sahibsiz qoyub getməyi əcdadların ruhu bağışlamaz, gələcək
nəsil bağışlamaz.
Dünya
şöhrətli dövlət
xadimi Heydər Əliyevin hər sahədə olduğu kimi, bu sahədə
də uzaqgörən
siyasəti öz bəhrəsini verdi, köçün qarşısı
alındı, Gürcüstanda
azərbaycanlılara münasibət
müsbət mənada
dəyişdi.
-Namiq müəllim, siz Gürcüstanda yaşayıb-yaratmış
azərbaycanlı mütəfəkkirlərin
fəaliyyəti barədə
söhbət açdınız.
Onların adları bu ölkədə necə əbədiləşdirilib?
-Bir çox görkəmli ədib, yazıçı və siyasi xadimlərimizin taleyi Gürcüstanla, Tbilisi ilə bağlı olmuşdur. O dövrdə Tbilisi Cənubi Qafqazın mədəniyyət mərkəzi
hesab olunurdu və görünür, ədiblərimizin öz taleyini bu şəhərlə
bağlamasında həmin
amilin böyük rolu olub. Hələ sovetlər
zamanında Tbilisidə
Mirzə Fətəli
Axundovun ev-muzeyi açılmışdı. Sonralar
muzey binası, burada yerləşdirilmiş
eksponatlar bərbad hala düşmüşdü.
Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə
müvafiq tədbirlər
görüldü. Azərbaycanın
Mədəniyyət və
Turizm Nazirliyi yeni eksponatların əldə
edilməsinə yardım
göstərdi, muzey qaydaya salındı və normal fəaliyyətə başladı.
Sonra Nəriman Nərimanov və Cəlil Məmmədquluzadənin
Gürcüstan paytaxtındakı
ev-muzeylərinin yaradılması ilə bağlı işlərə
başlandı. Onların
ünvanı dəqiqləşdirildi
və özəlləşdirilib ev-muzeylərə çevrilməsi
istiqamətində tədbirlər
görüldü. Yeri
gəlmişkən, həmin
binalar Azərbaycanın
fiziki şəxsləri
tərəfindən özəlləşdirilmişdi.
Bu muzeylərin statusunu bərpa etmək üçün son iki ildə
xeyli iş görülmüşdür. Nəticədə
M.F.Axundovun ev-muzeyi ilə yanaşı, N.Nərimanov və C.Məmmədquluzadənin ev-muzeylərinin də Gürcüstan Mədəniyyət,
Abidələrin Mühafizəsi
və İdman Nazirliyinin dövlət reyestrinə salınmasına
nail olduq. Beləliklə, nazirliyin dövlət
reyestrinə 3 muzeyimizin
adı düşdü.
Sonra həmin muzeylərin binasının
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı
Aslan Aslanovun mülkiyyətindən Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin adına keçirilməsi zərurəti
yarandı. Bununla əlaqədar Aslan müəllimə müraciət olundu və o, buna
məmnuniyyətlə razılıq
verdi. Beləliklə,
vətənpərvər ziyalı
Aslan Aslanov həmin muzeylərin binalarını Azərbaycan
dövlətinə bağışladı.
Ona bu qərarına
görə təşəkkür
edirik. Hazırda həm N.Nərimanovun, həm də C.Məmmədquluzadənin ev-muzeyləri Mədəniyyət
Nazirliyimizin balansındadır
və onlar Azərbaycan dövlətinin
mülkiyyətidir.
-Azərbaycanla Gürcüstan arasında
münasibətlər uğurla
inkişaf etdirilir. Əsrin layihələrinin
məhz Gürcüstandan
keçməklə gerçəkləşməsində
ölçüyəgəlməz xidmətləri olmuş ümummilli lider Heydər Əliyevə minnətdarlıq əlaməti
olaraq ulu öndərin Tbilisinin ən abad məhəlləsində büstü
qoyulmuşdur.
-Bəli, Azərbaycan-Gürcüstan münasibətləri
uğurla inkişaf etdirilir. Bunu Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi, Prezidentimiz İlham Əliyev dəfələrlə
vurğulamışdır və
dövlətimizin başçısının
təbirincə desək,
Azərbaycan-Gürcüstan
münasibətinin çox
gözəl, zəngin
tarixi var. Gürcüstan Azərbaycan
üçün çox
əhəmiyyətli dost
ölkədir, bizim strateji tərəfdaşımızdır.
Bu günlərdə Azərbaycan,
Türkiyə və Gürcüstan prezidentlərinin
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə başlanmasını
imzaları ilə təsdiqləməsi və
gələcəkdə bölgənin
rifahı naminə bir sıra layihələrin
gerçəkləşməsində həmrəy olduqlarını
nümayiş etdirməsi
bu fikrin sübutudur. Bir zamanlar çoxlarının
əfsanə saydığı
bu nəhəng layihələrin gerçəkləşməsi
Heydər Əliyev siyasi iradəsinin, cəsarətinin nəticəsidir.
Buna görə də onun Tbilisidə
büstünün qoyulması,
adına küçə
verilməsi gürcü
xalqının bu dahi şəxsiyyətə
minnətdarlığı kimi
qiymətləndirilməlidir. Son zamanlar muzeylərlə
yanaşı, Tbilisinin
Nəbatat bağında
dəfn olunmuş azərbaycanlı mütəfəkkirlərin
qəbirlərinin üstü
götürülmüş, büstləri qoyulmuşdur.
Bu və digər mədəni tədbirlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri və fondun təşəbbüsü
ilə həyata keçirilmişdir. Bu istiqamətdə işlər
gələcəkdə də
davam etdiriləcəkdir.
Xalq qəzeti.- 2007.- 1 dekabr.- S. 3.