Neft sektorundan sonra rabitə informasiya texnologiyaları Azərbaycanda ən sürətlə inkişaf edən sahədir

 

AzərTAc xəbər verir ki, rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri dekabrın 6-da peşə bayramlarını qeyd etmişlər.
Bu münasibətlə keçirilən mərasimin iştirakçıları Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə gül-çiçək dəstələri düzülmüşdür.
Sonra rabitəçilər Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın azadlığı, müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd mübarizlərin xatirəsini ehtiramla anmış, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.
Tədbir Bakı Əyləncə Mərkəzində davam etdirilmişdir. Rabitə informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə bütün sahələrdə olduğu kimi, rabitə informasiya texnologiyaları sahəsinin sürətlə inkişaf etdiyini bildirmiş, Bakıda keçirilən "Bakutel-2007" sərgisinin əhəmiyyətindən danışmışdır. Nazir ulu öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin diqqət qayğısı sayəsində ölkəmizdə İKT sahəsində yüksək nailiyyətlər qazanıldığını diqqətə çatdırmışdır. Ə.Abbasov bildirmişdir ki, Azərbaycan İKT üzrə beynəlxalq tədbirlərin fəal iştirakçısına təşkilatçısına çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi respublikamızda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, ölkəmizdə neft sektorundan sonra rabitə informasiya texnologiyaları ən sürətlə inkişaf edən sahədir.
Tədbirdə rabitə informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə keçirilmiş "Virtual rinq" televiktorinasının, ali məktəb tələbələri arasında ümumrespublika informatika olimpiadasının İKT müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
Peşə bayramı münasibətilə RİTN tərəfindən sahənin bir qrup işçisinə mükafatlar verilmişdir.
Tədbirdə İKT üzrə "elektron-kitabxanasının" "Dilmanc" tərcümə proqramının təqdimatı olmuşdur.
Sonda Azərbaycan Prezidenti İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul edilmişdir.

 

Azərbaycan.- 2007.- 7 dekabr.- S. 3.