Windowsun Azərbaycan dilinə tərcüməsi başa
çatır
Proqram
üzrə 1 milyon söz tərcümə edilib
Azərbaycan
dilində "Windows" sisteminin yaradılması ilə
bağlı aparılan işlər yekunlaşmaq
üzrədir. Bu barədə
məlumatı jurnalistlərə
açıqlamasında Prezidentin
İcra Aparatının
informasiya texnologiyalarının
tətbiqi şöbəsinin
müdiri Elmir Verdizadə verib. Onun sözlərinə görə, artıq proqramın "X" sisteminin
hazırlanması prosesi
başa çatdırılaraq
istifadəçilərə təhvil verilib. Hazırda proqramın
"Vista" əməliyyat
sistemi Azərbaycan dilinə tərcümə
olunur. Proqramın ofis paketinin də tərcüməsinə
başlanıb. Bu istiqamətdə işlərin
sürətlə getdiyini
deyən Elmir Verdizadə bildirib ki, bu işlər
artıq sona çatmaq üzrədir. Çünki bu prosesdə işin çox hissəsi görülüb. Prosesdə
yerli şirkətlərlə
yanaşı, məşhur
"Microsoft" şirkəti
də işləyir. Artıq işin razılaşdırılma mərhələsidir.
Proqram üzrə 1 milyona yaxın sözün tərcüməsi
həyata keçirilib.
E.Verdizadə deyib ki, Azərbaycan
dilinə tərcümə
olunan kompyuter proqramlarının dövlət
qurumlarında məcburi
istifadə olunması
nəzərdə tutulmayıb.
Proqramın tətbiqində
heç bir məhdudiyət nəzərdə
tutulmayıb: "Bu prosesdə məhdudiyyət
də qoyulmayıb. Kimə necə rahatdırsa, proqramlardan o cür də
istifadə edə bilər. Proqramların tərcüməsində məqsəd
kompyuterdən Azərbaycan
dilli istifadəçilərə
şərait yaratmaqdır.
Bu prosesdə başqa istifadəçilərə
heç bir məhdudiyyət qoyulmayıb".
Azərbaycanın internet provayderlərinə
dünyaya çıxış
üçün heç
bir məhdudiyyət qoyulmayıb. Bu barədə də məlumatı Prezident Aparatının informasiya texnologiyalırının tətbiqi
şöbəsinin müdiri
Elmir Verdizadə verib. Onun sözlərinə
görə, Azərbaycanın
internet provayderləri
hazırda bütün
dünya provayderlərinə
çıxış əldə
edib və bu imkandan lazımi
səviyyədə istifadə
edir. Provayderlərin xaricə çıxışına
heç kim məhdudiyyət qoya bilməz.
Azərbaycanla Ermənistan arasında müharibə şəraiti
yaşanmasına baxmayaraq,
ölkələr arasında
informasiya müharibəsi
getmir. Elmir Verdizadənin sözlərinə
görə, bu barədə ictimaiyyətdə
müxtəlif məlumatlar
yayılsa da, belə bir fakta
təsadüf edilməyib:
"Yayılan məlumatlar
uydurmadır. Belə bir müharibə yoxdur".
Azərbaycanda elektron hökumətin yaradılması ilə bağlı bir neçə istiqamətdə
görülən işlər
yekunlaşıb. Bunu da jurnalistlərə açıqlamasında Prezidentin
İcra Aparatının
informasiya texnologiyalarının
tətbiqi şöbəsinin
müdiri Elmir Verdizadə deyib. Onun sözlərinə görə, bu proses artıq bəzi qurumlarda tətbiq olunub və olunmaqdadır: "Artıq vergi bəyannamələrinin elektron
variantda qəbul olunması tətbiq edilib. Bundan başqa Tələbə Qəbulu üzrə Dövlət Komitəsi artıq imtahan nəticələrini və
digər elanları elektron variantda təqdim etməyə başlayıb. Bu proseslər hamısı elektron hökumət layihəsi üzrə həyata keçirilir".
Elmir Verdizadə deyib ki, bu proses
get-gedə genişlənir
və elektron hökumət tam reallaşır.
Mövqe.- 2007.- 4-5 dekabr.- S. 7.