Arxangelsk Ədəbiyyat muzeyinin kolleksiyasında Azərbaycan Prezidentinin hədiyyəsi var

 

Rusiyanın Arxangelsk vilayətinin Ədəbiyyat muzeyində artıq dörd ildir böyük rus şairi Aleksandr Puşkinin əsərlərinin tərcümələrindən ibarət kolleksiya toplanır. Hazırda muzeydə 55 dildə 100-dən çox kitab saxlanılır.
Bu kolleksiyaya dövlət xadimləri öz töhfələrini vermişlər. Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Moldova Prezidenti Mixail Voronin, Tacikistan Prezidenti Emoməli Rəhmon digər dövlət xadimləri, siyasətçilər öz şəxsi kitabxanalarından nadir nüsxələri muzeyə hədiyyə etmişlər.

Azərbayca.- 2007.- 11 dekabr.- S. 4.