Azərbaycanın 22 muzeyi isğal
altındadır
Azərbaycanda 189 muzey var. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin açıqladığı məlumata görə, hazırda 22 muzey Azərbaycanın işğal olunmuş ərazilərində qalıb. 189 muzeydən 20-si paytaxt Bakının payına düşür. Bakıdakı muzeylərdən M.S.Ordubadinin və Ü.Hacıbəyovun ev muzeyi bu yaxınlarda təmir olunub. Hazırda Səməd Vurğunun və digər məşhurların muzeylərinin təmirə ehtiyacı var. Bakıdakı muzeylərin əksəriyyətində yalnız yüngül təmir-bərpa işləri aparılıb. Muzeylərdən söz düşmüşkən, qeyd edək ki, paytaxtda fəaliyyət
göstərən muzeylər Nyu-York şəhərindəki "Metropolitan" və "Guggenheim" müasir incəsənət muzeyləri ilə əməkdaşlıq edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti əməkdaşının məlumatına görə, Nyu-York muzeylərinin rəhbərlərinin bununla bağlı Azərbaycana səfər edəcəkləri gözlənilir.
Xatırladaq ki, nazir Əbülfəs Qarayev Nyu-Yorkda səfərdə olarkən
həmin muzeylərin rəhbərləri ilə
görüşüb. Səfərdən
sonra nazir muzeylərin dünyanın
ən böyük və tanınmış sənət ocaqları olduğu qənaətini açıqlamışdı.
Mövqe.- 2007.- 13-14 dekabr.- S. 13.