Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Qədim
əsrlərdən bəri Azərbaycanda yanan təbii
əbədi odlar insanların dini etiqadlarına güclü
təsir göstərmiş və oda sitayiş etmək
inancı yaratmışdır. İnsanların məbəd kimi qəbul etdiyi yerlərdən biri də Bakı şəhəri Suraxanı
rayonunda indiki Atəşgah məbədinin
ərazisi olmuşdur.
XVII-XVIII əsrlərdə qədim atəşpərəstlər
məbədinin qalıqları
üzərində, təbii
qazın çıxdığı
əbədi məşəlin
yerində inşa edilmiş bu məbəd 26 hücrədən
və mərkəzi səcdəgahdan ibarətdir.
Hazırda Atəşgah məbədi
“Şirvanşahlar Sarayı
Kompleksi” Dövlət
tarixi-memarlıq qoruq-muzeyinin filialı kimi fəaliyyət göstərir, lakin onun özünəməxsusluğu,
unikallığı və
YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi “Atəşgah məbədi” abidəsinin
müstəqil fəaliyyəti
və mühafizəsinə zərurət
yaradır.
Adı çəkilən
tarix və mədəniyyət abidəsinin
qorunub saxlanılmasını
və mühafizəsini
günün tələbləri
səviyyəsində təmin
etmək, eləcə
də burada turizmin inkişaf etdirilməsi məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Bakı şəhəri
Suraxanı rayonunda yerləşən Atəşgah
məbədinin ərazisi
Azərbaycan Respublikasının
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğu Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyinə verilsin.
3. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi üç ay müddətində:
3.1. Azərbaycan Respublikasının
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğunun əsasnamə layihəsini,
strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təqdim etsin;
3.2. Azərbaycan Respublikasının “Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğunun qorunub saxlanılması, təbliği və fəaliyyətinin maddi-texniki
təminatı ilə
bağlı təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclərin Azərbaycan
Respublikasının 2008-ci il
dövlət büdcəsində
Azərbaycan Respublikasının
Mədəniyyət
və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş
mərkəzləşdirilmiş xərclər hesabına həyata keçirilməsini
təmin etsin.
5. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi üç ay müddətində Azərbaycan
Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi,
Bakı Şəhər
İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Respublikasının
“Atəşgah məbədi”
Dövlət tarix-memarlıq qoruğunun
mühafizə zonalarını
əks etdirməklə
sərhədləri barədə
təkliflərini təsdiq
üçün Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin.
6. Bakı Şəhər İcra
Hakimiyyəti:
6.1. qoruğun ətrafyanı
sahələrinin abadlaşdırılmasını
təmin etsin;
6.2. üç ay müddətində Azərbaycan
Respublikasının “Atəşgah
məbədi” Dövlət
tarix-memarlıq qoruğunun inzibati bina ilə təmin
olunması üçün
zəruri tədbirləri
həyata keçirsin;
6.3. aidiyyəti orqanlarla
birlikdə qeyd edilən qoruğun məqsədlərinə uyğun
olmayan qanunsuz tikinti və təsərrüfat işlərinin
qarşısının alınması
üçün qanunvericiliyə
uyğun təxirəsalınmaz
tədbirlər görsün.
7. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını
təmin etsin və bu sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
8. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2007-ci il
Azərbaycan.- 2007.- 20 dekabr.- S. 2.