Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Qədim tarixə
malik, dəniz səviyyəsindən 2300 metr
yüksəklikdə yerləşən
Xınalıq kəndi
özünəməxsus coğrafi
mövqeyə və unikal memarlıq görkəminə malikdir.
Burada orta əsrlərə aid Atəşpərəst məbədi,
Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri,
mağaralar və çox sayda öyrənilməmiş arxeoloji
abidələr mövcuddur.
Ağstafa rayonunda yerləşən Keşikçidağ
mağaralar kompleksi də təkraredilməz relyefə, təbiətə
malik və çoxsaylı arxeoloji abidələrlə zəngin
olan mədəni-tarixi ərazidir. Ulu əcdadlarımızın
sitayiş və sığınacaq yeri olan mağaralar bu günə qədər qorunmuşdur.
Bu tarix və mədəniyyət
abidələrinin qorunub
saxlanılmasını və
mühafizəsini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikasının
“Xınalıq” Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilsin.
2. Azərbaycan Respublikasının
Ağstafa rayonu ərazisində Keşikçidağ
silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksi Azərbaycan Respublikasının “Keşikçidağ”
Dövlət tarix-mədəniyyət qoruğu
elan edilsin.
3. Azərbaycan Respublikasının
“Xınalıq” Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğu və “Keşikçidağ” Dövlət
tarix-mədəniyyət
qoruğu Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyinə verilsin.
4. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi üç ay müddətində Azərbaycan
Respublikasının “Xınalıq”
Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ”
Dövlət tarix-mədəniyyət qoruğunun
əsasnamə layihələrini,
strukturları və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının
“Xınalıq” Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ” Dövlət
tarix-mədəniyyət
qoruğunun fəaliyyəti
ilə bağlı tələb olunan zəruri xərclərin Azərbaycan Respublikasının
2008-ci il dövlət büdcəsində
Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi üçün nəzərdə
tutulmuş mərkəzləşdirilmiş
xərclər hesabına
həyata keçirilməsini
təmin etsin.
6. Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi üç ay müddətində Azərbaycan
Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikasının Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi,
müvafiq olaraq Quba Rayon İcra
Hakimiyyəti və Ağstafa Rayon İcra Hakimiyyəti ilə birlikdə, müvafiq olaraq Azərbaycan Respublikasının “Xınalıq” Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ” Dövlət
tarix-mədəniyyət
qoruğunun mühafizə
zonalarını əks
etdirməklə həmin
qoruqların sərhədləri
barədə təkliflərini
təsdiq üçün
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
təqdim etsin.
7. Quba Rayon İcra Hakimiyyəti və Ağstafa Rayon İcra Hakimiyyəti:
7.1. üç ay müddətində müvafiq
olaraq Azərbaycan Respublikasının “Xınalıq”
Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun və “Keşikçidağ”
Dövlət tarix-mədəniyyət qoruğunun
inzibati bina ilə təmin olunması üçün
zəruri tədbirləri həyata keçirsinlər;
7.2. aidiyyəti orqanlarla
birlikdə qeyd edilən qoruqların məqsədlərinə uyğun
olmayan qanunsuz tikinti və təsərrüfat işlərinin
qarşısının alınması
üçün qanunvericiliyə
uyğun təxirəsalınmaz
tədbirlər görsünlər.
8. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamın icrası ilə bağlı maliyyə vəsaitinin ayrılmasını
təmin etsin və bu sərəncamdan
irəli gələn digər məsələləri
həll etsin.
9. Bu sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 dekabr 2007-ci il
Azərbaycan.- 2007.- 20 dekabr.- S. 2.