Bakı
səhəri 2009-cu ildə İslam Mədəniyyətinin paytaxtı elan
olunub
2008-2017-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı Nazirlər
Kabinetinə təqdim olunub
Mədəniyyət
və Turizm naziri Əbülfəs Qarayev Kolumbiya və Liviyaya
səfərlərinin yekununa həsr olunmuş mətbuat
konfransı keçirib. APA-nın məlumatına görə,
nazir Tripolidə "İslam dünyasında
mədəniyyət siyasətləri: keçmişə
əsaslanaraq gələcəyin
formalaşdırılması" mövzusunda təşkil
olunmuş İslam Konfransı Təşkilatına üzv
dövlətlərin tnədəniyyət nazirlərinin V
Konfransında iştirak etdiyini deyib.
Konfransda 7 bənddən
ibarət qətnamə qəbul olunub və həmin
qətnamənin beş bəndində Azərbaycanla
bağlı müddəalar yer alıb: "Bu tədbirdə
Azərbaycanın iştirakı çox yüksək
qiymətləndirildi. Qətnamənin dördüncü bəndində
Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu
ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu,
Azərbaycan tarixində ilk belə hadisədir. İslam
Mədəniyyətinin Paytaxtı
çərçivəsində keçiriləcək
tədbirlərin yüksək səviyyədə
keçirilməsi üçün hər birimiz çalışmalıyıq.
Bu tədbirin hazırlığına gələn ildən
respublika rəhbərinin tövsiyələri əsasında
başlanacaq". Nazir qətnamənin beşinci
bəndində ermənilərin Azərbaycan
mədəniyyətinə, musiqisinə, tarixi-mədəni abidələrinin təcavüzünün yeni bir terminlə adlandırıldığını deyib: "Biz bu qətnaməyə işğal olunmuş torpaqlarda İslam dininə məxsus tarixi abidələrin erməniləşdirilməsi faktının araşdırılması və pislənməsi bəndinin daxil edilməsi ilə bağlı müraciət etmişdik. İlk dəfə olaraq hansısa beynəlxalq qurumun qəbul etdiyi sənəddə "armanization" kimi bir termin öz əksini tapdı. Bu müraciətimiz İslam Konfransı Təşkilatının bütün üzvləri tərəfindən qəbul olundu. Onlar bu gün bizim işğal
olunmuş torpaqlarımızda, Qərbi Azərbaycanda
yaşamış insanların yaratdığı islam
mədəniyyətinə aid olan tarixi abidələrin
dağıdılmasından xəbərdar olduqlarını
bildirdilər. Bu müraciətimizi İslam Kpnfransı
Təşkilatı yekdilliklə dəstəklədi. Azərbaycanın
üzləşdiyi bu vəziyyətin tək bizim deyil, islam
mədəniyyətinə aid olan bütün
ölkələr tərəfindən pislənilməsi
məqbul sayıldı. Artıq bu məsələ tək
Azərbaycanın deyil, bütün islam mədəniyyəti
ölkələrinin probleminə çevrildi". Cari
ildə Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə
qatıldığını yüksək qiymətləndirən
nazir, bu siyasətin gələcək illərdə daha
uğurlu şəkildə həyata keçiriləcəyini
qeyd edib. 6, dekabrın 22-də dövlət
başçısının iştirakı ilə
Azərbaycan Dövlət Kukla Teatrının binasının əsaslı
təmirdən sonra istifadəyə veriləcəyini deyib.
Nazirin sözlərinə görə, teatrın foyesində
Toğrul Nərimanbəyovun rəsm əsərlərinin yenidən
işlənmiş forması asılıb. Ə.Qarayev kitabxana
və muzey sahəsində müəyyən proqramların
artıq hazır olduğunu bildirib: "2008-ci ildə bizim
görəcəyimiz işlər rayonlarda mədəniyyət
klublarının fəaliyyəti ilə bağlı olacaq.
Bilirsiniz ki, artıq beş rayonda pilot layihələrə
başlamışıq". Ə.Qarayev 2008-2017-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramının artıq
Nazirlər Kabinetinə təqdim olunduğunu vurğulayıb.
Dövlət proqramı Nazirlər Kabineti tərəfindən
təsdiq olunduqdan sonra Prezident Aparatına göndəriləcək.
İki sahil.- 2007.- 11 dekabr.- S. 6.