Azərbaycan Prezidenti İlham Əliyev Bibiheybət ziyarətgah kompleksində olmuşdur

 

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı günüdekabrın 20- Bibiheybət ziyarətgah kompleksində olmuşdur.
VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə islam dünyasının 3-cü ziyarətgahı sayılan Bibiheybətdə Peyğəmbər nəslinin 4 nümayəndəsi uyuyur. İmam Museyi Kazımın qızı həzrəti Hökümə xanımın məzarı da həmin ziyarətgahdadır. Azərbaycanın say-seçmə övladları ilə yanaşı, maddi-mədəniyyət abidələrimiz, o cümlədən xalqımızın iman inanc yeri olan Bibiheybət ziyarətgahı da sovet dövründə repressiyaya məruz qalmış, 1934-cü ildə buradakı məscid dağıdılmışdır.
Azərbaycanın müasir tarixində müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli-mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yenidən həyat verilmişdir. Ümummilli lider 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət etmiş, 1997-ci il iyulun 23-, Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, yenə Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak etmişdir.
Heydər Əliyev ideyalarına sadiq qalan uğurla davam etdirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman sərəncamlar, verdiyi tapşırıqlar sırasında Bibiheybət məscid kompleksinin genişləndirilməsi də əksini tapmışdır. Dövlətimizin başçısı 2005-ci ilin oktyabrında buranı ziyarət edərkən fikirlərini bölüşmüş, tövsiyələrini vermişdir. Hazırda Bibiheybət ziyarətgah kompleksinin inşası sürətlə davam etdirilir.
Prezident İlham Əliyevə məlumat verildi ki, ərazinin relyefinin mürəkkəbliyi nəzərə alınaraq, ziyarətgahın buradan keçən magistral yolun genişləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Köhnə evlər sahiblərinə yeni mənzillər verilməklə ya kompensasiya ödənilməklə sökülmüşdür. Tikintinin ümumi sahəsi 1800 kvadratmetrdən çoxdur. Məscidin yaxınlığından keçən magistralın 1,8 kilometri genişləndirilərək, 30-34 metrə çatdırılmışdır. Müsəlmanların digər möhtəşəm ziyarətgahlarında olduğu kimi, bu məsciddə ilk dəfə muzey kitabxana zəvvarların ixtiyarına veriləcəkdir. Burada aparılan yenidənqurma tədbirləri ölkəmizdə dini dəyərlərə qədər həssaslıqla yanaşılmasının bariz nümunəsidir.
Dövlətimizin başçısına məlumat verildi ki, məsciddə eyni vaxtda təxminən 3 min nəfərin namaz qılması mümkündür. Qadınlar kişilərin ayrılıqda namaz qılmaları üçün müvafiq şərait yaradılmışdır. Namaz qılınacaq yerin döşəməsinin altında xüsusi istilik sistemi quraşdırılmışdır. İnşaat tərtibat işləri klassik Şərq memarlığı üslubunda yerinə yetirilir.
Kompleksdə çoxlu yardımçı otaqlar da tikilmişdir.
Hər cür şəraiti olan qurbangah da yaradılmışdır. İndiki Qurban bayramı münasibətilə bu ziyarətgahda kəsilən qurbanlar Bibiheybət qəsəbəsində yaşayan aztəminatlı insanlara şəhid ailələrinə paylanılmışdır. Kompleksdə yeməkxana, meyitlərin yuyulması üçün xüsusi yer olacaqdır.
Ziyarətgahın axundu Hikmət Əlizadə bildirdi ki, layihəçilər, inşaatçılar bütün işləri yüksək səviyyədə görürlər. Buranın ayrıca qazanxanası, su chizatı sistemi vardır. Bütün kommunikasiya sistemi mükəmməl şəkildə quraşdırılır.
Dövlətimizin başçısına kompleksin üst hissəsində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, burada geniş meydança olacaq, yay aylarında ziyarətgaha gələnlərin istirahəti üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev Xəzərin sahilinin bu hissəsində görüləcək digər işlərdən danışdı, ziyarətgahda davam etdirilən yenidənqurma tədbirləri barədə tapşırıqlarını verdi, buradan paytaxtın mənzərəsini seyr etdi. Dövlətimizin başçısı burada xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev həzrəti Hökümənin məzarını ziyarət etdi. Şeyxülislam Allahşükür Paşazadə həzrəti Hökümənin imamın burada dəfn edilmiş 3 nəvəsinin ruhuna dua oxudu.
Prezident İlham Əliyev ziyarətgahda nəzir verdi.
Dövlətimizin başçısına məsciddə yüksək zövqlə aparılan tərtibat işləri barədə geniş məlumat verildi. Bildirildi ki, məscidin mərkəzi salonu, foyenin tavanı, divarlar incə naxışlarla bəzədiləcəkdir. Məscidin günbəzində Qurani Kərimdən surə yazılacaqdır. Ümumiyyətlə, məscidin müxtəlif guşələrində Quranın müxtəlif surələri əksini tapacaqdır.
Dindarlar bildirdilər ki, demokratik prinsiplərin, dini etiqad vicdan azadlığının bərqərar olduğu Azərbaycanda bütün dini ocaqlarda bu cür yüksək səviyyədə yenidənqurma işlərinin aparılması böyük razılıq doğurur. Azərbaycan Prezidentinin bu işlərə bilavasitə nəzarət etməsi isə xüsusi rəğbət doğurur. Prezident İlham Əliyev dini ocaqlarda ən müasir standartlara cavab verən əsaslı təmir yenidənqurma işlərinin bundan sonra da davam etdiriləcəyini vurğuladı, Bibiheybət ziyarətgahında görülən işlərdən razılığını bildirdi, müqəddəs Qurban bayramı münasibətilə ən xoş arzularını çatdırdı

 

Xalq qəzeti.- 2007.- 23 dekabr.- S. 1.