Əbülfəs Qarayev: Azərbaycan abidələrinin erməniləsdirilməsi beynəlxalq səviyyədə artıq öz ifadəsini tapdı”

 

"İslam Konfransları Təşkilatları mədəniyyət nazirlərinin növbəti iclası Bakıda keçiriləcək"

 

APA-nın məlumatına görə, bu açıqlamanı dünən jurnalistlərə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Son bir həftə Bakıda olmadığını deyən nazir Liviyada İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısında iştirak etdiyini bildirib: "Orada çox mühüm qərarlar qəbul olundu. 2009-cu il Azərbaycan-İslam Mədəniyyətinin paytaxt şəhəri elan olundu. Eyni zamanda toplantıda qeyd olunan qərarlarda Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyevanın iki təşəbbüsü – Qadınların İslam Forumu və bu yaxınlarda Bakıda keçirilmiş Sivilizasiyaların Alyansı çərçivəsində Gənclər Forumunun yüksək səviyyədə təşkil olunduğu qeyd edildi".

Nazir onu da bildirib ki, toplantıda ilk dəfə olaraq Dağlıq Qarabağda və Ermənistanda müsəlman mədəniyyətinə məxsus olan tarixi abidələrin erməniləşdirilməsi mövzusu da müzakirə olunub: "Bu, bir termin olaraq İslam Təşkilatı Konfransına daxil oldu: "Armanization of İslamic culture". Azərbaycan abidələrinin erməniləsdirilməsi beynəlxalq səviyyədə artıq öz ifadəsini tapdı.

 

Təzadlar.- 2007.- 4 dekabr.- S. 2.