Mətləb
4 təbiət
abidəsi YUNESKO-nun Ümumdünya Mədəni və
Təbii İrs Siyahısına salınıb
İşğal
altındakı təbiət abidələrimiz isə
Ermənistan tərəfindən dağıdılır
Azərbaycan zəngin
fauna və florası ilə yanaşı, böyük
tarixə malik təbiət abidələri ilə də
dünya miqyasında məşhurdur. Elə bu faktın
özü ölkəmizin böyük, tarixə malik olmasından
və qədimliyindən xəbər verir. Hazırda
ölkəmizdə böyük sayda YUNESKO-nun
siyahısında olan təbiət abidələri mövcuddur
və onlar dövlət tərəfindən mühafizə
olunmaqdadır.
Təbiət abidələrinə,
ölkə ərazisində olan ən xarakterik, yaxşı
saxlanılmış səciyyəvi landşaftlar, xüsusi
gözəlliyi ilə seçilən təbiət
guşələri, endemik, relikt, məhv olub aradan
çıxan bitki növləri, yüzillik ağaclar,
bağ-park, incəsənət nümunələri,
şəlalələr, mağaralar, nadir göllər, dağ
süxurlarının nadir çıxıntıları,
paleontoloji qalıqların çökdüyü yerlər
və böyük tarixi, elmi-təcürbi,
mədəni-maarifçilik əhəmiyyətinə malik olan
digər obyektlər və komplekslər, xüsusilə,
qiymətli ağac-kol cinsləri, ayrı-ayrı meşə sahələrinin
mühafizəsi, yeraltı suların çıxıntı
yerləri və təbiətin digər görkəmli
sahələri daxildir.
Xatırladaq ki
ölkəmizdə təbiət abidələrinin
mühafizəsi keçmiş Dövlət Ekologiya
Komitəsi və onun yerlərdəki təşkilatları
tərəfindən həyata keçirilmiş, təbiət abidələrinin
yerləşdiyi ərazinin bələdiyyələri
bilavasitə lazımi qaydaya salınması üçün
məsuliyyət daşıyırlar.
Respublika ərazisində mövcud olan təbiət abidələrinin adları müvafiq qərarla təsdiq edilmiş, 1, 2 və 3 nömrəli əlavələrdəki siyahıya əsasən qeydiyyata alınmışdır. Həmin əlavələrə 1 nömrəli dövlət tərəfindən qorunan çox qədim ağaclar daxildir.
Bu əlavəyə 20 adda müxtəlif cinsli (Şərq çinarı-1421 ədəd, qaraağac-4, tut-1, azat- 203, saqqız ağacı-25, dağdağan-19, palıd-62, qovaq-15, cökə-1, armud-1, fıstıq-1, şabalıd-17, şam-13, vən-3, ağcaqayın-49, qaraqoz-1, lələk-25, şümşad-15, palıd xiyabanı-200 və ağcaqovaq-1. Cəmi 2083 ədəd ağac növləri daxildir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən verilən məlumata əsasən, bunlardan 152
ağac Ermənistan tərəfindən işğal
olunmuş ərazilərimizdə qalmışdır. İkinci
əlavə üzrə siyahıya -dövlət
tərəfindən qorunan dövlət təbiət
abidələrinə xüsusi qiymətli meşə
sahələri daxildir. Bu siyahıya respublikanın 24 rayonunda
38 qiymətli meşə sahəsi olan 15097,5 ha qiymətli
təbiət abidələri daxil edilmişdir. Bundan 7 rayonda
13217,5 ha (Zəngilan rayonunda - 10000 ha Araz palıdı və
380 ha çaytikanı, Kəlbəcər rayonunda - 968 ha
ayıfındığı, Laçın rayonunda - 1092
ha-ardıc, Xocavənd rayonunda - 0,5 ha azat, Xankəndi rayonunda -
20 ha fıstıq-palıd meşəsi, Ağdərə
rayonunda - 5 ha Şərq çinarı və Ağdam rayonunda
732 ha püstə meşəciyi) Ermənistan
tərəfindən işğal olunmuş
ərazilərimizdə qalmışdır.
Üçüncü
əlavə üzrə siyahıya - dövlət
təbiət abidələrinə geoloji (paleontoloji) obyektlər
daxildir. Bu siyahıya 37 ədəd geoloji və paleontoloji
obyektlər daxil edilmişdir. Bundan 6 obyekt (Fizuli rayonunda
Azıx mağarası və Tağlar mağarası,
Şuşa rayonunda - Xan mağarası və Qahal
mağarası, Cəbrayıl rayonunda - Divlər sarayı mağarası
və Kəlbəcər rayonunda Bazaltm sütunvari
aralanması) Ermənistan tərəfindən işğal
olunmuş ərazilərimizdə qalmışdır. Qeyd
olunan təbiət abidələrinin pasporlaşdırılması
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən aparılmışdır.
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış
təkliflər əsasında 4 təbiət abidəsi: Bakı
mərtəbəsi dağı, Lökbatan palçıq vulkanı, Binəqədi
dördüncü dövr fauna və flora yatağı və
Hirkan meşələri YUNESKO-nun
Ümumdünya Mədəni və Təbii İrs Siyahısına
daxil edilməsi üçün qeydiyyata alınmışdır.
Göstərilən
təbiət obyektlərindən Hirkan meşələri daha
əhəmiyyətli olduğunu nəzərə alaraq
Konvensiyanın tələblərinə uyğun YUNESKO-ya
təqdim edilməsi üçün layihə smeta
sənədləri hazırlanıb Ümumdünya İrs
Mərkəzinə göndərilmişdir.
Hirkan meşələrinin
Cənubi Qafqazda YUNESKO-nun Ümumdünya İrs Siyahısına
daxil edilməsi nəzərdə tutulmuş ilk nominasiya
ərazi kimi potensial imkanları ekspertlər
tərəfindən yüksək qiymətləndirilmişdir.
Səs.- 2007.- 6 dekabr.- S. 7.