Muğam Teatrında simpozium keçirilmişdir
Dekabrın 18-də
Azərbaycan Dövlət Muğam Teatrında simpozium
keçirilmişdir. Bu tədbir
çərçivəsində İçərişəhər
tarix-memarlıq muzey-qoruğu ərazisində arxeoloji
qazıntılar zamanı aşkar edilmiş maddi
mədəniyyət abidələrinin təqdimatı olmuşdur.
Sərgidə məişət əşyaları
nümayiş etdirilirdi.
Muzey-qoruğun direktoru
Kamran İmanov qeyd etdi ki, budəfəki simpozium indiyə
qədər aparılmış işlərin
nəticəsidir. Qədim Azərbaycanın sərgidə
nümayiş etdirilən maddi mədəniyyət abidələri
bu işin səmərəsini əyani təsdiq edir. Simpoziumda
ölkənin qanunverici orqanının
nümayəndələrinin - Milli Məclisin deputatları
Nizami Cəfərov, Ziyad Səmədzadə, Rəbiyyət
Aslanova, Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, elmi
tədqiqat institutlarının direktorları, Yunanıstan,
Moldova, Kuba səfirliklərinin
nümayəndələri və başqa şəxslərin
iştirak etməsi faktı da bu hadisənin
əhəmiyyətinə və elm aləmində Azərbaycan
tarixinə marağın heç də ötəri
olmadığına dəlalət edir.
K.İmanovun dediyinə
görə bu işlər davam etdiriləcəkdir. Muzey-qoruğun
direktoru demişdir: "Bu işdə ölkəmizin birinci
xanımı Mehriban Əliyeva bizə çox kömək
edir".
Qeyd edək ki, sözügedən abidələrin çox hissəsi Neftçilər
prospektində uçurulmuş evin yerində aşkar edilmişdir.
Respublika.- 2007.- 19 dekabr.- S. 4.