Vəlixanlı A.


Abbasqulu Ağa Bakıxanovun abidəsinə sahib çıxan yoxdur

 

Son zamanlar nədənsə keçid dövrünün ilk illərində aşırdığımız "əcnəbi qəhrəmanların" heykəllərinin əvəzinə milli qəhrəmanlarımızın abidələrini ucaltmağa və onların göstərdikləri şücaət dərslərini nəsillərə çatdırmağa tələsmirik. Heç hazır abidələrə sahib durmaq istəyən yoxdur. Belə ki, Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatında xeyli hazır heykəl var. Sən demə babalarımızın büstlərini "nəvələr" sifariş versələr pulsuzluqdan apara bilmirlər. Bu haqda İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat verib. Onun sözlərinə görə, artıq 7 ilə yaxındır Sabunçu rayon İcra Hakimiyyətinin səlahiyyətliləri Abbasqulu ağa Bakıxanovun abidəsini onun adına olan qəsəbədə qoyulması məqsədilə sifariş verib. Lakin hazır olmasına baxmayaraq abidəyə sahib çıxmaq istəyən yoxdur. B.Hüseynovun sözlərinə görə, abidənin hazırlanması üçün müəllif qonorarı daxil olmamaqla 15 min dollara yaxın vəsait xərclənib. Lakin rayon səlahiyyətliləri bu pulun yalnız yarısını veriblər. Bu səbəbdən ədibin abidəsi neçə ildir ki, Sabunçu rayon İH-nin rəsmilərinin yolunu gözləyir. Məsələylə bağlı rayonun memarı İsa Həsənovla əlaqə saxladıq. O, əvvəlcə qurumun heç kimin abidəsini sifariş vermədiyini dedi. Onun sözlərinə görə, bu səbəbdən İstehsalat Yaradıcılıq Kombinatının iddiası əsassızdır. Lakin abidə qoyulacaq yerdə qurulmuş postamentdə Abbasqulu Ağa Bakıxanovun abidəsinin qoyulacağı ilə bağlı məlumat qeyd edildiyini onun diqqətinə çatdırdıq. Bundan sonra isə memar "hələ rayonda abadlıq işləri gedir, qurtaraq, sonra fikirləşərik, heykəl onlara edir ki, dursun orada" - dedi: "Elə heykəl var 15-20 ildi qalıb, olacaq ki? Postament qoyulması o demək deyil ki, bu dəqiqə gətirib onun yerinə heykəl qoyasan. Gərək postamentin ətrafını da səliqəyə salasan. Heç kim narahat olmasın, zamanı gələndə, abidəni aparacağıq."
Maraqlıdır, görəsən, Abbasqulu ağa Bakıxanovun adını daşıyan qəsəbəni abadlaşdırıb onun abidəsini ucultmaq üçün Sabunçu rayon səlahiyyətlilərinə neçə il lazımdır?
ya abidənin Rəssamlar İttifaqının Yaradıcılıq Kombinatından alıb, toz-torpağını silib, layiqli yerinə qoyulmasının zamanı vaxt gələcək?
Hələ Sovet dövründə Gədəbəy rayonunun səlahiyyətliləri Bərdə hökmdarı, hətta şücaəti ilə Makedoniyalı İskəndərin diqqətini belə çəkən Hüşabə xanımın abidəsini sifariş verib. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra illər keçsə , hökmdar xanımın abidəsinə sahib çıxmaq istəyən olmayıb. Bundan sonra abidə Bərdədə qoyulması üçün rayon səlahiyyətlilərinə təklif olunub. Amma nədənsə bu rayonun sözçüləri abidə hazır olmasına baxmayaraq onun texniki xərclərini ödəyib, heykəli almaq istəməyiblər. Hətta bu müddət ərzində abidənin memarı İsa Məmmədov zəhmətinin bəhrəsini görmədən dünyasını dəyişib. Sözügedən abidənin bir ara Bakıda yerləşdiriləcəyi barədə versiya səsləndirilsə sonradan deyəsən, paytaxtda da tariximizin yeganə qadın hökmdarı olan Hüşabənin abidəsinə yer tapılmayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu cari ildəki fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb. Elmi Şuranın ümumi yığıncağında institutun direktoru, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, tematik plan üzrə 11 mövzu 30 elmi tədqiqat işini əhatə edən 5 problem üzrə tədqiqat aparılıb. Həmçinin 6 elmi tədqiqat işi tamamlanıb, 9 mühüm elmi nəticə əldə olunub. Aspiranturaya qəbul üzrə planlaşdırılmış 10 yerə 7 ərizə verilib, 5 namizədlik, bir doktorluq dissertasiyası müdafiə edilib. Həmçinin 3 qrant lahiyəsi xarici fondlar tərəfindən dəstək alıb.
İnstitutun cari ildəki uğurları sırasında bu elm müəssisəsinin təşəbbüsü ilə tərtib edilmiş "Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının geodinamikasının öyrənilm
əsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı"nın Hazirlər Kabineti tərəfindən təsdiq edilməsidir. Məlumat üçün bildirək ki, 2007-ci ildə 10 nəşri işıq üzü gördüyü instititutun gələn il 70 yaşı tamam olacaq.

Xalq cəbhəsi.- 2007.- 27 dekabr.- S. 14.