Xəlilzadə F.

 

Ənənələrə sadiqlik

 

Ümummilli liderimiz Heydər Əliyev mədəniyyət və incəsənət işçilərinə xüsusi diqqətlə yanaşar, onlara maddi və mənəvi dəstək göstərər, öz qayğısını əsirgəməzdi. Bu sahənin adamları da həmişə ulu öndərin bu həssas münasibətini ehtiramla xatırlayar, öz məhəbbətlərini bildirərdilər. Cənab İlham Əliyev bu ənənəni ləyaqətlə davam etdirərək ölkənin mədəni həyatının daha yüksək səviyyədə olması üçün köməyini əsirgəmir. Ötən ilin mədəni hadisələrinə nəzər saldıqda biz bunun bir daha şahidi olduq. Elə bir mədəniyyət incəsənt xadimi yoxdur ki, ölkə başçısı tərəfindən əməyi müxtəlif yöndən qiymətləndirilməsin. Təkcə insanlar deyil, mədəniyyət ocaqları da diqqət mərkəzində saxlanılıb. Ölkə başçısının göstərişi ilə iki muzey - Azərbaycan Tarixi Ədəbiyyat muzeylərində ikinci ildir ki, təmir-bərpa işləri yüksək səviyyədə aparılır. Bununla bağlı teatrların da təmir olunmasına start verilmişdir. Opera Balet, Milli Dram, Rus Dram, Kukla, Gənc Tamaşaçılar teatrları, eləcə Heydər Əliyev adına Saray yenidən qurulacaqdır. İncəsənət muzeyində təmir işləri getməkdədir. Muğam mərkəzi tikilir. Xalça muzeyini daha gözəl görünüşlü etmək üçün yeni layihələr hazırlanmışdır. Bu cür bərpa işləri təkcə Bakıda deyil, bölgələrdə start götürüb. Gəncə şəhərində Filarmoniyanın, teatrın yenidən bərpasına başlanacaq. O cümlədən, Lənkəranda, Naxçıvanda bir sıra mədəniyyət ocaqları yenidən qurulacaq. Ölkə başçısının digər bir sərəncamı ilə əlaqədar olaraq Bakıda Müasir İncəsənət muzeyinin yaradılması da nəzərdə tutulub.
Ötən ilin mədəniyyət sah
əsi ilə əlaqədar yadda qalan mühüm hadisələrdən biri ölkə başçısı cənab İlham Əliyevin Rəssamlar İttifaqının 65 illik yubileyilə bağlı tanınmış rəssamlarla görüşü olmuşdur. Dövlətimizin başçısı görüşdən əvvəl xalqımızın ümummilli lideri Heydər Əliyevin R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində yaradılmış xatirə otağında oldu.
Görüş zamanı geniş nitq söyləyən möhtərəm Prezidentin hər kəlməsi rəssamlar tərəfindən rəğbətlə qarşılandı. Ölkə Prezidenti böyük ehtiram məhəbbətlə söylədi: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar Azərbaycan cəmiyyətinin aparıcı təbəqəsidir, cəmiyyətin elitasıdır. Bütün cəmiyyətlərin ölkələrin inkişafı müəyyən bir qrup insanın fəaliyyəti ilə bağlıdır. İstər siyasi müstəvidə, istərsə mədəniyyət, incəsənət sahəsində. Bəzi başqa ölkələrin tarixinə nəzər salanda görürük ki, kim yadda qalır. Şəxsiyyətlər yadda qalır, iqtisadi göstəricilər yadda qalmır. Yaxud da hansısa konkret bir xarakter daşıyan uğurlar yadda qalmır. İnsanlar yadda qalır, əməllər yadda qalır".
Vaxtilə Azərbaycan rəssamları unudulmaz Heydər Əliyevi özlərinin ən yaxın dostu adlandırırdılar. Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov görüş zamanı bu hadisəni xatırlayaraq məmnunluğunu bildirdi ki, ulu öndərdən qalan gözəl ənənələr bu gün yaşadılır. Buna sübut üçün İlham Əliyevin ölkə rəssamlarına, sənətkarlara göstərdiyi böyük diqqət qayğıdan söz açıldı. Ulu öndərin qoyub getdiyi ənənə bu gün nəinki uğurla davam etdirilir, həm daha da genişləndirilir.
Rəssamlar İttifaqının 65 illiyi ilə əlaqədar bir sıra rəssamların əməyini müxtəlif orden medallarla, fəxri adlarla qiymətləndirən İlham Əliyev təsviri sənətin nümayəndələrini əlamətdar ildönümü münasibətilə təbrik edərək dedi: "Sizi bu gözəl yubiley münasibətilə təbrik edirəm. Bu yubileylə əlaqədar burada nümayiş etdirilən sərgi çox təəssürat bağışlayır. Bu, bir daha göstərir ki, Azərbaycanın incəsənəti, rəssamlıq məktəbi çox zəngindir, çox dərin köklərə əsaslanır eyni zamanda, indi artıq gənc nəsil öz yerini tutmaqdadır. Bu da çox vacibdir. Yəni bu əlaqələr qırılmır, bu gözəl ənənələr davam edir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Rəssamlar İttifaqının fəaliyyəti peşəkarlığı, rəssamların gördüyü işləri nəticəsində Azərbaycanda bütövlükdə rəssamlıq məktəbi son illər ərzində xeyli dərəcədə güclənmişdir. Bunu Azərbaycan ictimaiyyəti görür xarici mütəxəssislər seyr edirlər".
Rəssamlarla söhbət zamanı ölkə başçısının bir fikri fırça ustalarının ürəyincə oldu. Öz milli ənənələrimizə sadiq qalaraq dünyada gedən proseslərə açıq gözlə baxmağı, ən müsbət, ən mütərəqqi yenilikləri Azərbaycanda tətbiq etməyi məsləhət görən cənab İlham Əliyev bu baxımdan bütövlükdə ölkənin mədəni həyatının çox böyük diqqətdə olduğunu bildirdi. "Mən Prezident kimi çalışıram ki, bu sahə diqqətdən kənarda qalmasın... Azərbaycanın mədəni həyatı həm onun siyasi səviyyəsini əks etdirir". Azərbaycanın iqtisadi potensialının möhkəmlənməsi zənginləşməsi başqa sahələrdə olduğu kimi, mədəniyyət məsələlərinin həllini asanlaşdırır.
Bu görüşün yadda qalan məqamlarından biri bu oldu ki, ölkə başçısı rəssamların görüşünə məmnuniyyətlə gəlmişdi. Prezident hər bir rəssamı dinləmək, onu narahat edən problemləri həll etmək niyyətində olduğunu bildirdi. "Yaxşı olardı bilim ki, sizi ən çox narahat edən məsələlər hansılardır biz onları operativ qaydada həll edə bilərik". Bu cür səmimi münasibət, diqqət qayğı fırça ustalarını həqiqətən riqqətə gətirdi. Onlar bildirdilər ki, özlərini çox bəxtiyar sanırlar. Vaxtilə ümummili liderimiz Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün belə hərtərəfli inkişafdadır. Görüşün sonunda Rəssamlar İttifaqının 65 illiyi ilə əlaqədar ilk dəfə olaraq təsis edilmiş qızıl medalın ilk nümunəsi ölkə Prezidenti cənab İlham Əliyevə tanınmış rəssamlara təqdim edildi. Rəssamlar İttifaqının bu münasibətinə öz təşəkkürünü bildirən İlham Əliyev dedi: "Bu medal mənim üçün əzizdir".
Rəssamlar İttifaqının tarixində unudulmaz bir səhifəni təşkil edən bu görüşdə fırça ustaları ölkə başçısı ilə xatirə şəkli çəkdirdilər. Unudulmaz görüşdən yadigar olaraq ulu öndərin çox sevdiyi rəssam Səttar Bəhlulzadənin əsərini Prezidentə təqdim etdilər. Azərbaycan rəssamlıq məktəbinin ən dəyərli nümayəndələrindən biri olan Səttar Bəhlulzadə haqqında maraqlı fikirlər söyləyən İlham Əliyev bildirdi ki, Azərbaycan rəssamlarının əsərləri təkcə öz məmləkətimizdə deyil, dünyanın neçə-neçə möhtəşəm sərgi salonunun bəzəyidir. Əzim Əzimzadə, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vəcihə Səmədova, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov... kimi rəssamları olan bir xalqın mənəviyyatı həmişə yüksəkdir. Çox yaxşı haldır ki, bu ənənəni davam etdirən yeni nəsil sənətə gəlməkdədir. Ölkə başçısının söylədiyi nitqdə bu məsələ öz əksini tapmışdır: "Azərbaycan rəssamları dünyada tanınır. Müxtəlif şəxsi kolleksiyalarda, kataloqlarda Azərbaycan rəssamlarının işləri vardır. Siz bizdən yaxşı bilirsiniz ki, Azərbaycan rəssamları bu gün doğrudan da, çox böyük şöhrət qazanıblar. Bu, çox sevindirici haldır onu göstərir ki, Azərbaycan hərtərəfli inkişaf edir".
Təbii ki, hər bir dövlətdə hökumətin fəaliyyəti iqtisadi artım, siyasi məsələlərin həlli, təhlükəsizliyin təşkil olunması ilə ölçülür. Həmişə iqtisadi uğurlardan daha çox danışılır. Maraqlıdır ki, ölkə başçısı dəfələrlə vurğuladı: "Ancaq bununla bərabər, hər bir ölkənin mənəvi, mədəni həyatı da ölkənin səviyyəsini göstərir. Bu sahəyə daha da böyük diqqət göstərilməlidir". Bu parlaq fikir deməyə əsas verir ki, Azərbaycanda milli ənənələrə sadiqlik yüksək səviyyədə davam etməkdədir.

Azərbaycan
.- 2007.- 8 fevral.- S. 6.