Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin "Məclis"i işıq üzü göriib

 

Ötən gün Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi tərəfindən nəşr edilən "Məclis" kitabının birinci sayının təqdimatı olub. Muzeyin "Şərq", "Risalə", "Qaynaq", "Xəzinə" kimi silsilə nəşrləri sırasına qoşulan "Məclis" il ərzində muzeydə keçirilən tədbirlərin bir növ stenoqrafık əksidir. Azərbaycan Milli Elmlər Akademiyası rəyasət, heyətinin binasında gerçəkləşən tədbirdə çıxış edən muzeyin direktoru Rafael Hüseynov bu günə kimi muzey tərəfindən nəşr olunan kitablardan danışıb: "Xəmsə" silsilə toplusuna bu günə kimi dörd kitab daxil olub. Bu kitabların hər biri müxtəlif mövzuları əhatə edir. Birinci buraxılışımız olan "Risalə"yə muzey işçilərinin qələmə aldıqları yazılar daxildir. "Qaynaq" kitabında avtoqraflar, məşhur yazıçıların əlyazmaları, "Xəzinə"də muzeydə saxlanılan müxtəlif kataloqlarla bağlı məlumatlar yer alıb. Bu ənənəni biz bundan sonra da davam etdirməyi düşünürük. İstəyirik ki, gələcək nəslin nümayəndələri Azərbaycan ədəbiyyatında böyük izlər qoyan Nizami-Gəncəvi digər şairlərimizin yaradıcılığı ilə tanış olsunlar. Mən inaram ki, gənclərimiz müxtəlif elmi araşdırmalar apararaq, bu silsiləyə daxil olacaq yeni kitablar nəşr etdirəcəklər".

R.Hüseynov kitablarda yer alan, vaxtilə Azərbaycanda keçirilən ədəbi məclislərdən danışıb: "Bir zamanlar şairlərimizin çoxunu bir araya gətirmək üçün müxtəlif məclislər təşkil olunurdu. Bu ədəbi həyatın inkişafına kömək edirdi. Bu ənə çox geniş olmasa da, bu gün davam etdirilir. Sevindirici haldır ki, poeziyamızın, ədəbiyyatımızın inkişafında böyük rolu olan sənətkarlarımızın yolunu davam etdirən şairlərimiz, yazıçılarımız var". Rafael Hüseynov "Məclis" kitabının birinci nömrəsində yer alan materiallardan da danışıb: "İllər boyu muzeyimizdə yüzlərlə maraqlı tədbirlər təşkil edilib, həmin yığmcaqlarda Azərbaycanın ən dəyərli elm, sənət, ədəbiyyat xadimləri maraqlı fıkirlər söyləyiblər. Təəssüflər olsun ki, həmin tədbirlərin stenoqramları aparılıb, lent yazıları qalıb. 2003-cü ildən etibarən muzeydəki bütün tədbirlər video audio lentə alınır, fotolar çəkilir bu materiallar kitab şəklində yığılır. "Məclis"in bu sayı həmin sıradan olan ilk cilddir". R.Hüseynov kitabın II III cildlərinin hazırlanacağını da vurğulayıb. Qeyd edək ki, nəşrdə İran şairləri ilə görüş, rus şairi Sergey Yeseninin poeziya günü, şairə Nigar Rəfıbəylinin 90 illiyinə həsr olunan elmi sessiya, prezident İlham Əliyev haqqında "Siyasi olimpə doğru" kitabının təqdimat mərasimi başqa tədbirlərlə bağlı məlumatlara yer verilib.

 

525-ci qəzet.- 2007.- 7 fevral.- S. 7.