Bakıda "Miniatür kitab" muzeyi

 

Bütün planet bu muzeydə təmsil olunub

 

Vitrinlərə bir qədər uzaqdan baxanda adama elə gəlir ki, qiymətli daşlar sərgisindəsən. İşığın gümüşü-mirvari axınları səliqə ilə düzülmüş qutuların, kiçik mücrülərin rəngbərəng sandıqçaların düzüldüyü şəffaf stendlərin üzərinə düşür. Elə təsəvvür yaranır ki, bu dəqiqə onların qapağı açılacaq içindəki dəfinələrin parıltısı gözlərimizi qamaşdıracaq. Nəfəsini içinə alıb vitraja doğru əyilirsən... Onlar həqiqətən şedevrlərdir, ancaq qiymətli daşlar deyil, kitablardır! O qədər balacadırlar ki, adam özünü liliputlar ölkəsinə düşmüş Qulliver kimi hiss edir.
Kristallar zahiri görkəmi ilə gözəldir, zərif miniatür kitablar isə bütün bəşəriyyətin müdriklik mənəviyyat toplusunu təcəssüm etdirir.
Bu muzeyin sərgi qalereyasından nəyi yaxşıdır? Sərgi yalnız bir neçə günlüyə keçirilir, vernisaj dəbli məşhur olduqda isə vaxtın azlığından heç nəyə doyunca baxa bilmirsən. Muzey isə hisslərin cilovunu açır, burada tələsmədən onun monumental akademizminə, əsrləri adlamış bir çox nəsillərin dahi yaradıcılarının mədəni potensialına baş vurursan. Buraya bir neçə saat keçirmək yenidən qayıtmaq istəyi ilə gələ bilərsən. Nostradamus Nizami, Puşkin Petrarka, Şekspir Jül Vern, Vısotski Lafonten, Səməd Vurğun Dante, Lermontov, Kiplinq, Ekkleziast sizi amiranə tərzdə geri çağıracaq...
Yenidən müxtəlif dövrlərin dinlərin mənəvi möcüzəsi - Quran, Bibliya, Tövrat, İncil qarşısında baş əymək istəyəcəksiniz. Sizə heç "İqor polku haqqında dastan"ın, "İngiltərə tarixi"nin miniatür şedevrlərini, yaxud güclü lupa olmadan seçilməyən yapon "Çiçəklər əlifbası" seyr etmək nəsib olubmu?
Bütün bu nadir əşyaları Zərifə Salahova təxminən 25 ilə toplayıb. Kitablara böyük məhəbbəti olan bu qadın füsunkar miniatür kitab dünyasını özü üçün təsadüfən kəşf edib. Bu, taledir! O hər kəsə nəsib olmur. İlahi məqsəd seçmək, yaradıcı olmaq hüququnu insan ömründə bircə dəfə qazanır. Zərifə xanım zəngin ömür yolu keçmiş, ictimai peşəkar təcrübəyə malik şəxsiyyət olduğundan bunu özündə kəşf edib. Pedaqoq, jurnalist, partiya işçisi, MOK İcraiyyə Komitəsinin üzvü (yeri gəlmişkən, o, keçmiş idmançıdır), "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədri, Bakı "Azərbaycan qadınları" Assosiasiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında YUNESKO işləri üzrə Milli Komissiyanın üzvü, İctimai Televiziyanın Yayım Şurasının üzvü olan Zərifə Salahova həm "Miniatür kitab" muzeyinin təsisçisi yaradıcısıdır. Mütəxəssislər iddia edirlər ki, dünyada bu muzeyin analoqu yoxdur. Düzdür, indiyədək həm şəxsi, həm çox zəngin kolleksiyalar var, lakin onların sahibləri öz xəzinələrini nümayişə həvəssiz çıxarırlar. Onları doğma şəhərlərinə hədiyyə etmək isə hər kəsdən böyük ürək istəyir. Yox, danışırsınız, bu, ağlasığmaz işdir! Zərifə Salahova isə öz xəzinəsini doğma şəhərinə 1995-ci ildə keçirilmiş unudulmaz sərgisi zamanı hədiyyə edib. O vaxt iki min nüsxədən ibarət olan kolleksiya Milli Kitabxanada nümayiş etdirilirdi. Ulu öndər Heydər Əliyev Zərifə Salahovanın təşəbbüsünü çox yüksək qiymətləndirmiş xüsusi vurğulamışdı: "Zərifə Salahovanın Azərbaycanda miniatür kitab nəşr etdirməsi ən yüksək qiymətə layiqdir". Şəhər rəhbərliyi Bakının qədim guşəsində İçərişəhərdə muzeyə yer ayırdı. Muzeyin texniki təchizatı üçün maddi dəstəyi isə yerli xarici şirkətlər - Devon, bp, Statoyl, Penzoyl, Agir başqaları göstərdi. Bu muzeyin yaradılmasına çoxlu vaxt güc sərf olundu. Diplomatik korpusun qonşuluğunda muzey yaradılarkən İtaliya səfiri əsəb gərginliyi keçirirdi. "O güman edirdi ki, burada restoran açılacaq", - deyə Zərifə Salahova gülümsəyərək xatırlayır - Lakin muzeyi görəndə heyranlıq içində idi!"
YUNESKO-nun qərarı ilə hər il bütün dünyada keçirilən Beynəlxalq Kitab Müəllif Hüquqları Günü - 23 aprel 2002-ci il tarixdə muzeyin açılışı oldu. Muzeyə giriş pulsuzdur. Onun qapısı tamaşaçılar üçün həmişə açıqdır. Bazar ertəsi cümə axşamından başqa. O vaxtdan bəri buraya 41 min nəfərdən çox tamaşaçı gəlib. Azdır, yoxsa çox? Çoxsaylı turistləri olan böyük şəhər üçün, yəqin ki, azdır. Lakin tamaşaçını bura saxta xətir-hörmət deyil, ürəyin istəyi, maraq gətirir. Onlar muzeyin əməkdaşlarına xoş sözlər deyib, qeydiyyat kitabında məftunluq dolu qeydlər qoyub getmişlər. "Fantastika!" Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin qısa konkret qeydi belədir. Çin səfiri isə Şərq diplomatlarına xas olan incəliklə bir neçə dildə belə yazıb: "Kiçik kitablarda böyük dünyanı gördüm. Çox sağ olun!" O, muzeyə qədim Çin şairlərinin 12 "çağa" kitabını da hədiyyə edib.
Eh, Zərifə Salahovaya o qədər kitab bağışlanıb ki! Bakılı moskvalı dostları, xarici mədəniyyət xadimləri, alimlər, diplomatlar, adi turistlər, bəzən isə ümumiyyətlə, tanımadığı adamlar. Yəqin ki, onun üçün bu ən böyük hədiyyələrdir.
Muzeyin kolleksiyası tez-tez "ezamiyyətlər" olur: möcüzələri başdan aşan Kabul Dəkkə, sərgilərlə şıltaqlaşmış Moskva Paris, təkəbbürlü Hayfa, Ankara Kiyev, qaçaraq həyata vərdiş etmiş Hay-rou Sidney uzaq Bakıdan gəlmiş miniatürlərdən eyni dərəcə heyran olub (Ba-? Bu haradadır? O-o, Xəzər! O-o, Qarabağ! Onlar kitab nəşri ilə məşğul olurlar?..).
Bəli, məşğul olurlar. Həm çox peşəkarcasına. Azərbaycan Prezidenti Heydər Əliyevin andiçmə nitqinin mini-kitabı, "Heydər Əliyevin xatirəsinə poema", "Azərbaycan Respublikası", "Xoşməramlı səfir", yerli yazıçı şairlərin əsərləri, "Olimpiya oyunları-2000", "Olimpiya oyunları-2004" , "MOK-un 10 ili" muzeyin stendlərini bəzəyir. Bu mini-əsərlərin beynəlxalq səviyyədə təqdimatı çox vaxt Azərbaycan mədəniyyətinin, bütün xalqın həyat tərzinin layiqli təbliğatçısı olur.
Onun çoxsaylı təltifləri, diplom fəxri adları var. Onları sadalamağa ehtiyac varmı? Əminik ki, gələcəkdə Zərifə Salahovanı daha böyük uğurlar gözləyir. Həvəsləndirmə deyil, tanınma, faktların etirafı deyil, bir çox ölkə xalqların layiqli minnətdarlığı. Demək olar ki, bütün planet, əksər dünya dilləri bu muzeydə təmsil olunub. Əvvəllər 25 stend var idi, indisə onların sayı 35-dir, hələ yenilərini düzəltmək gərəkdir.
Zərifə Salahova insanlarla həvəslə təmas qurur, muzey eksponatları ilə maraqlananların hamısı ilə ünsiyyətdə olur. O, təcrübəsini bölüşməyə xəzinəsi haqqında yorulmadan danışmağa hazırdır. Lakin bir sual var ki, onu heç bir vəchlə Zərifə Salahovaya vermək olmaz! "Bu nadir nəşri mənə satmazsınız ki? Yaxşı pul verərəm".
Deyirlər ki, qədim müdriklər ilk əlyazma kitablarını cənnətin açarları adlandırırdılar. Bakı muzeyində belə miniatür "açar"ların sayı artıq beş mini keçib. Onların min ədədi mübadilə ehtiyat fondlarındadır. "Cənnətin qəbul otağı"nın sahibəsi isə həmişəki kimi Azərbaycanın əməkdar mədəniyyət işçisi Zərifə Salahovadır.

Azərbaycan.-2006.-1 fevral.-S.5.