İsveçrədə Azərbaycan mədəniyyəti təbliğ olunacaq
2007-2008-ci illərdə buna həsr olunmuş silsilə tədbirlər keçiriləcək
2007-2008-ci illərdə İsveçrədə Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyevin İsveçrəyə səfəri zamanı razılıq əldə olunub. Səfər zamanı Ədalət Vəliyev İsveçrənin Federal Mədəniyyət idarəsinin Bazel, Bern, Friburq kantonlarının mədəniyyət idarələrinin rəhbərləri, Bern, Montrö, Cenəvrə və Sürix şəhər merləri, daha sonra məşhur Pro-Helvetia fondunun və digər özəl mədəniyyət qurumlarının rəhbərləri ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşlərdə Azərbaycan və İsveçrə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb. Ə.Vəliyev fevralın 15-də Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndələyinin təşəbbüsü ilə BMT-nin Cenevrədəki Millətlər Şarayı adlandınlan qərargahında təşkil olunmuş Azərbaycan
rəssamlarının "Qobustandan yol gələn naxışlar" adlı sərginsinin açılış mərasimində iştirak edib. Sərgi martın 2-dək davam edəcək. Bu səfər Mədəniyyət və Turizm Nazirliyi adından İsveçrəyə ilk yüksək səviyyəli səfər idi.
Ekspress.- 2007.- 17-19 fevral.- S. 20.