Mədəniyyət
işçiləri Müstəqil Həmkarlar
İttifaqının Respublika Komitəsui gəncləri təbriik edib
Fevralın 2-də
Gənclər Günü münasibətilə Azərbaycan
Mədəniyyət İşçiləri Müstəqil
Həmkarlar İttifaqının Respublika Komitəsi (MİM-HİRK)
tərəfindən tədbir keçirilib. Tədbiri
açan komitənin sədri Cəmilə Səttarova gəncləri
bu münasibətlə təbrik edib. C.Səttarova Azərbaycanda
gənclərlə bağlı həyata keçirilən
tədbirlərdən söz açıb, onların
üzləşdikləri problemlərin həllinin hər zaman
diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd
edib ki, Azərbaycanı "gənclər ölkəsi"
adlandıran ulu öndər Heydər Əliyev bu sahədə
həyata keçirilən dövlət siyasətini əsas
prioritet məsələlərdən biri kimi
müəyyənləşdirərək hər zaman
gənclərin işi üzrə məsələləri,
onlara olan qayğının vacibliyini önə
çəkib. Məhz Heydər Əliyevin
təşəbbüsü ilə 1996-cı ildə
Azərbaycan gənclərinin I Forumu keçirilib. Respublikanın
hər yerində gənclərlə aparılan işin
nəzərəçarpacaq dərəcədə canlanmasına
təkan verən Forumun əhəmiyyətini nəzərə
alan Ümummilli lider Heydər Əliyev 1997-ci ildə
imzaladığı sərəncamla tədbirin keçirildiyi
günü fevralın 2-sini
"Azərbaycan Gənclər Günü" elan edib.
C.Səttarova ulu
öndərin dövlət gənclər siyasətinin
Azərbaycan Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini diqqətə
çatdırıb. Prezident İlham Əliyevin 2005-ci ilin
avqustunda təsdiq etdiyi "Azərbaycan Gəncliyi
Dövlət Mədəniyyət İşçiləri
Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi
gəncləri təbrik edib.
Proqramı (2005-2009-cu il-lər)
isə dövlət gənclər siyasətinin mühüm
tərkib hissəsidir. Bu proqram Azərbaycanda
gənclərə qayğının əyani
təzahürüdür. C.Səttarova bildirib ki,
MİMHİRK 2007-ci ildə gəncləri maraqlandıran
məsələlər, onların problemlərinin aradan
qaldırılması istiqamətində tədbirlər
keçirməyi planlaşdırır.
Tədbirdə
gənclərə diplomlar və mükafatlar təqdim olundu,
fəaliyyətlərində yeni uğurlar arzulandı.
Təbrikə görə təşəkkürlərini
ifadə edən gənclər
barədə bəslənən etimadı daim doğruldacaqlarını
bildiriblər. Tədbir konsert proqramı ilə başa
çatdı.
Azərbaycan.- 2007.- 3 fevral.- S. 5.