Böyük İsgəndər Şərq

 

Ermitayda bu adda sərgi açılıb

 

Ötən gün Dövlət Ermitayının Nikolayev salonunda "Böyük İsgəndər Şərq" adlı sərgi açılıb. 500-dən artıq ekspozisiyanın təqdim olunduğu sərgidə məşhur sərkərdənin yürüşlərinin təsiri ilə dünya xəritəsinin necə dəyişilməsi öz əksini tapıb.

Sərgidə böyük sərkərdə ilə əlaqədar qədim müasir incəsənət əsərləri təqdim olunur. Yürüşləri zamanı İsgəndər harada olmuşsa, orada onun çalarları qalıb. Yunanıstandan gətirilmiş bu cür incə əl işi qırmızı fonda, İrana məxsus əl işi isə göy rəngdə təqdim edilir.

Ekspozisiyanın ikinci hissəsində XVI-XIX əsrlərdə Qərbi Avropa Rusiya sənətkarlarının İsgəndərlə bağlı mifik əsərləri nümayiş etdirilir. Onlardan birində böyük istilaçı nağıl qəhrəmanı kimi verilir. Elə buradaca II Yekaterinanın sifarişi ilə çəkilmiş rəsmdə İsgəndər dəbilqədə ona gətirilmiş suyu içməkdən imtina edir. Çünki həmin vaxt onun əsgərləri susuzluqdan əziyyət çəkirdilər. Qeyd edək ki, Ermitayda açılan sərgi iki ay yarım davam edəcək.

 

Kaspi.-2007.-15 fevral.-S.17.