Cahangir Mahmud oğlu Rüstəmov

 

Azərbaycan mədəniyyətinə və incəsənətinə böyük itki üz vermişdir. Xalq rəssamı Cahangir Mahmud oğlu Rüstəmov ömrünün 81-ci ilində dünyasını dəyişmişdir. Ömrünün 50 ilindən çoxunu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə həsr etmiş Cahangir Rüstəmov 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. 1939-1941-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini müvəffəqiyyətlə bitirmiş və doğma vətənin yaradıcılıq həyatında fəal iştirak etmişdir.

C.Rüstəmovun rəngarəng əsərləri nəinki respublikamızda, həm də onun hüdudlarndan kənarda da yüksək dəyərləndirilmiş və sevilmişdir.

Rəssamın yaradıcılı-ğı rəngkarlığın bir çox janrmı əhatə edərək dərin milli ruh və poetikliyi ilə fərqlənmişdir. C.Rüstəmovun yaratdığı mənzərələr, natürmortlar, portretlər buna əyani sübutdur. Rəssanıın yaradıcılığında əsas yer əmək mövzusuna verilmişdir. "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Bakı", "Dağlarda", "Şahdağ" və digər əsərləri sənətşünaslar və sənətsevərlər tərəfindən bəyənilmiş və ona şöhrət gətimişdir.C.Rüstəmovun əsərləri Rusiyada, Türkiyədə, Bolqarıstanda, Macarıstanda, İran İslam Respublikasında, Suriyada, Livanda, Rumıniyada və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdrilmişdir. Onun əsərləri bir çox muzeylərin, qalereyaların fondlarında saxlanılır. Təsviri sənətimizin inkişafmdakı xidmətlərinə görə Cahangir Rüstəmov 1982-ci ildə Əməkdar rəssam, 2004-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.

Görkəmli rəssam, gözəl insan Cahangir Rüstəmovun əziz xatirəsi sənətsevərlərin həmkarlarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

Xalq qəzeti.- 2007.- 13 fevral.- S. 7.