Ələddinqızı N.
"İncəsənətdə
sülh" II Beynəlxalq Simpoziumda azərbaycanlı
rəssam birincilik qazanıb
Neft texnikası ilə yaradılan əsər sərgi-müsabiqələrdə 14 dövlətin
nümayəndələrini hevrətləndirdi
Bu yaxınlarda
Almaniyanın Evritte-Xorn
şəhərində keçirilən
"İncəsənətdə sülh" II Beynəlxalq
Simpoziumda Azərbaycanı
respublikanın əməkdar
incəsənət xadimi
Arif Hüseynov və istedadlı rəssam Sabir Çopuroğlu təmsil
etmişlər. Redaksiyamızın qonağı olan
Sabir Çopuroğlu
səfər təəssüratlarını
bizimlə bölüşdü.
O, bildirdi ki, simpoziuma 14 dövlətdən
34 nümayəndə dəvət
olunmuşdur. Simpoziumu keçirməkdə məqsəd dünyada sülh yaratmaqdır.
Rəssamları bir yerə toplayaraq, bəşəriyyəti,
məhz ölümə
sürükləyən müharibələrdən,
təhlükədən xilas
etmək və onların yaradıcılığını
təbliğ edərək,
yer üzündə sülhə, əmin-amanlığa
nail olmaq amalı simpoziumun təşkilatçılarının
əsas ideyası olmuşdur.
Bir neçə
gün davam edən seminardan sonra dünyanın müxtəlif ölkələrindən,
İtaliyadan, Yaponiyadan,
Fransadan, Kubadan, Çexiyadan, Ukraynadan, Moldovadan, Sankt-Peterburqdan, Fransadan və digər ölkələrdən
gəlmiş rəssamların
sərgi-müsabiqəsi təşkil
olunmuşdur. Sərgi-müsabiqədə yeni bir texniki üslubda əsər yaratmış
Sabir Çopuroğlu
birincilik qazanaraq, mükafata layiq görülmüşdür. Simpoziumdan
əvvəl rəssam
öz əsərlərini,
kataloqlarını Almaniyaya
göndərib ki, onun yaradıcılığı
ilə
Qeyd etmək lazımdır ki, Sabir Çopuroğlu
bu günə qədər bir çox müsabiqələrin,
festivalların iştirakçısı
olmuş, ABŞ, Belçika,
İran, Türkiyə,
İngiltərə və
digər dövlətlərin
sənətsevərlərinin şəxsi kolleksiyalarında
onun əsərləri
saxlanılır.
Sabir Çopuroğlu neftdən rəsm əsəri yaradan yaradıcı şəxs kimi Almaniyaya dəvət olunmuş, bu onun sənət dünyasına məxsus olan ştrixlərin şahidinə çevrilmək istəyindən reallaşmışdır. Müxtəlif janrlarda irili-xırdalı tabloların müəllifi kimi tanınan Sabir Çopuroğlu milli kaloritdə yaratdığı əsərlərlə yaradıcılığı hər zaman diqqət mərkəzində olmuşdur. Azərbaycanın tarixi, onun tanınmış simaları ilə bağlı yaratdığı əsərlər, demək olar ki, rəssamın yaradıcılığının ana xəttini təşkil edir. Xüsusilə də, neftlə bağlı yaratdığı əsərlər Sabir Çopuroğlunun yaradıcılığına yeni bir çalar əlavə etmişdir. Azərbaycan rəssamının bu üslubda işləməsi ölkədən kənarda yaşayan yaradıcı şəxslərl maraqlandırmış, hətta onlar heyrətə belə gəlmişlər. Sabir Çopuroğlunun sözlərinə görə, simpoziuma səfər etməmişdən əvvəl onun yaradıcılığı müzakirə obyektinə çevrilmişdir. Bu mənada ki, Azərbaycanı təmsil edən rəssamın Xəzər dənizindən çıxan neft ilə kətan üzərində bədii obraz yaratması ideyasma laqeyd münasibət bəsləmək mümkün olmamışdır.
Rəssamın sözlərinə görə, o, Azərbaycanı simpoziumda geniş bir şəkildə təmsil etmiş, ölkənin ictimai-siyasi mədəni həyatı ilə bağlı müəyyən faktları iştirakçıların nəzərinə çatdırmışdır. Erməni işğalçıları tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu dünyanı təmsil edən rəssamların nəzərinə çatdıran Sabir Çopuroğlu qonşu dövlətin işğalçılıq siyasəti haqqında qısa məlumat vermişdir. Bununla yanaşı, Azərbaycanın potensial imkanlarından, müstəqillik dövründə əldə etdiyi uğurlardan belə söz açmışdı.
İyirmi gün çərçivəsində davam edən simpoziumda dünya dövlətlərinin rəssamlarının Azərbaycan sənəti, mədəniyyəti ilə bağlı təsəvvürləri bir qədər də genişlənmişdir.
Qeyd edildiyi kimi,
simpozium işinə yekun vurduqdan sonra sərgi-müsabiqə elan olunmuş münsiflər heyətinin qərarı ilə birinci yerə Sabir Çopuroğlu layiq görülmüşdür. Rəssam
neft üslubunda yaratdığı tablosu haqqında bu fikirləri söylədi:
"Mən bu texnika ilə, demək olar ki, on ildir
məşğulam. Yaradıcılığım boyu yenilik axtarışında olan rəssam kimi,
həmişə
çalışmışam ki,
sənət dünyamda rəngarənglik, orijinallıq özünü
büruzə versin Azərbaycan neft ölkəsi olduğundan
Xəzər dənizindən çıxan nef ilə əsər yaratmağı
qarşıma məqsəd qoydum və bundan sonre neftə, bu sahədə
çalışan mütəxəssislərə
aid bir sıra təkrarsız əsərləri yaratdım.
Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq simpozium, sərgi-müsabiqələrdə bele texnika ilə işlədiyim əsərləri təqdim etmək mənə bir rahatlıq gətirir. Deyim ki, mən Almaniyada simpoziumda iştirak etdiyim zaman artıq mənim neft texnikası ilə işləməyim haqqında onların kifayət qədər məlumatı var idi. Rəssamlığın müxtəlif janrlarında əsərlərin şahidinə çevrilən yaradıcı simalar belə bir üslubda əsərə hələ təsadüf etmədiklərini bildirdilər.
Simpozium çərçivəsində
iştirakçıların marağını nəzərə
alıb, onların gözü qarşısında
neft ilə orijinal bir əsər
yaratdım. Bu marağı görüb,
əsərlərimdən onlara
hətta hədiyyə
belə etdim. Simpoziuma təqdim olunan əsərlər janr müxtəlifliyi ilə seçilir. Qarabağa, Azərbaycanın
tarixi abidələrinə
həsr olunmuş əsərlərim də simpoziumda, sərgi-müsabiqədə nümayiş
olundu. Deyim ki, 2008-ci ildə keçiriləcək "İncəsənətdə
sülh" II Beynəlxalq
Simpoziuma azərbaycanlı
rəssam kimi yenidən dəvət almışam".
Səs.- 2007.- 16 fevral.- S. 12.