Orucov E.

 

“Bizim rəngli dünyamız”

 

Ölkənin hər yerində, hətta onun hüdudundan uzaqlarda da gənclər günü münasibəti ilə silsilə tədbirlər keçirilir. Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda da həmin günə həsr olunmuş gənc rəssamların sərgısi keçirilib. Azərbaycan Respubikası Mədəniyyət və Turizm Nazirliyi Äzərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə "Bizim rəngli dünyamız" adlı sərgidə gənc rəssamların və Asiyat Fətullayevanın əsərləri nümayiş olunub. Sərginin rəsmi hıssəsində giriş sözü ilə çıxış edən Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını salamlayaraq xüsusi ilə qeyd edib ki, "bu gün burada nümayiş olunan əsərləri məhz gənclərimiz işləyib hazırlayıblar. Ancaq bütün bunlara baxmayaraq, buradakı əsərlər həm klassik, eyni zamanda müasirliyi də özündə əks etidirir və əhatə edir. Bu isə ilk növbədə dövlətin incəsənət xadimlərinə, həmçinin də rəssamlara, xüsusilə də gənc rəssamlara gostərdiyi qayğının təzahürüdür".

Çıxışına davam edən nazir onu da bildirib ki, "artıq biz 10 ildir ki, gənclərimizlə birlikdə bu bayramı qeyd edirik və hər birimiz yaxşı bilirik ki, bu bayram gününü milli liderimiz Heydər ƏIiyev təsis edlb. Ümumiyyətlə onu da qeyd etməliyəm ki, ulu öndərin istər daxili, istərsə də xarici siyasətində məhz gənclər siyasəti ana xətti təşkil edib. Əvvəllər gənclərin əl iştərindən ibarət sərgiləri başqa-başqa salonlarda keçirirdiksə, hazırda isə Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunun özü belə gənclərimizin əl işlərini unutmur".

Milli liderin gənclərə qayğısından geniş bəhs edən Ə.Qarayev onu da vurğulayıb ki, "teatrda bu siyasəti prezident İlham Əliyev uğurla davam etdirir. Buna misal dövlət başçısının qısa zaman kəsiyində Müasir İncəsənət Muzeyinin tikilməsi təşəbbüsünün reallaşması olacaqdır ki, o zaman bütün rəssamlarımız üçün daha əlverişli şərait yetişəcək".

Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri sərgiyə gələnlərin geniş marağına səbəb olub. Gənclərin sənət əsərlərindən ibarət bu sərgiyə tamaşa etdikdən sonra deyə bilərik ki, artıq bu gün gənc nəsillər arasında görkəmli rəssamlarımızdan Ə.Əzimzadə, V.Səmədova, E.Şahtaxtinskaya, T.Salahov, T.Nərimanbəyovu və bir çoxlarının davamçıları yetişir və onların irs qoydugu milli ənənələrimizi müvəffəqiyyətlə davam etdirəcəklər. Sərgidə nümayiş olunan əsərlər arasında Asiyat Fətullayevanın əsərləri geniş tamaşaçıların geniş marağına səbəb olub və onun əl işləri peşəkar rəssamlar tərəfindən yuksək qiymətlənləndirilib. Rəsmi hissədə çıxış edən digər natiqlər də Ümummilli liderin sənət adamlarına göstərdiyi diqqət və qayğısını xüsusilə qeyd ediblər. Və onu da xüsusilə qeyd ediblər ki, bu gün də prezident İlham Əliyevin sənət adamlarına və xüsusilə gənc nəslə göstərdiyi diqqət və qayğı bütün Azərbaycan rəssamları tərəfindən alqışlanır. Bu isə öz növbəsində rəssamların da məsuliyyətini artırır və onları daha da yaxşı işləməsi üçün ruhlandırır. Rəssamlarımız həm də Mədəniyyət və Turizm Nazirliyinin və nazir Əbülfəs Qarayevin diqqət və qayğısını da dilə gətirməyi unutmamışdılar. Gənclərin əl işlərindən ibarət sərginin təşkil olunmasının özünəməxsusluğu həm də ondan ibarətdir ki, bu tədbirlərdə neçə-neçə istedadı üzə çıxır. Bu isə öz növbəsində ötən illərdəki kimi gələcəkdə də rəssamlar da əsərlərini təmsil edəcəklərindən xəbər verir. Biz rəssamlar da öz sahəmizdə dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyir və çalışırıq ki, bütün dünyada sənətimizlə ölkəmizi  layiqincə təmsil edək.

 

Azad Azərbaycan.- 2007.- 6 fevral.- S. 3.