Səfərova S.

 

Gənc rəssamın əsərləri yüksək dəyərləndirildi

Bu günlərdə İstanbulun Şişli kənd rayonundakı Sənət qalereyasında gənc və istedadh rəssam Rza Sadiqin əsərlərindən ibarət sərginin açılış mərasimi olmuşdur.

Açılış mərasimində qardaş ölkədə yaşayan və işləyən azərbaycanlılar, Türkiyənin elm və incəsənət xadimləri iştirak etmiş, istedadlı gənc rəssamın rəsmlərini yüksək dəyərləndirmişlər.

Açılış zamanı ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Salahlı çıxışında 20 yaşı tamam olmayan Rza Sadiqin qeyri-adi istedada malik olduğunu xüsusi vurğuladı, qeyd etdi ki, boyakarlıq janrından, rənglərdən ustalıqla istifadə etməsi onun parlaq gələcəyindən xəbər verir.

Əsrarəngiz gözəlliklərdən ilham alan rəssam Rza Sadiq Özəl Türk Liseyinin məzunu, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Iqtisad Universitetinin 4-cü kurs tələbəsidir.

Türkiyəli rəssamlar isə onun İstanbuldakı ilk sərgisini mədəni hadisə kimi qiymələndirdilər və çıxışlarında bildirdilər ki, Rza Sadiqin hər bir rəsmi bir sənət əsəridir. Türkiyə azərbaycanlıları Həmrəylik Dərnəyinin sədri Timur Səlcik də gənc rəssamın rəsm əsərlərinin möcüzələrindən məmnunluqla söhbət açdı.

 

Azərbaycan müəllimi.- 2007.- 2 fevral.- S. 6.