Turanə
Neftçala
rəssamlarının əsərləri Bakıda
nümayiş olımur
Mədəniyyət
və Turizm Nazirliyi və Regionların İnkişafına
ictimai Dəstək Mərkəzi İctimai Birliyinin
təşkilatçılığı ilə Neftçaladan
olan rəssamların əsərləri Səttar
Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda
nümayiş etdirilir.
Tədbirdə nazir
Əbülfəs Qarayev regionların iqtisadi-sosial
inkişafı üçün Nazirliyin də
mədəniyyət sahəsində islahatlar həyata
keçirdiyini bildirib. Nazir qeyd edib ki, regionlarda baş verən
müsbət yaradıcı proseslərdən ictimaiyyəti
geniş şəkildə məlumatlandırmaq
lazımdır. O, müxtəlif teatr və musiqi
kollektivlərinin bölgələrə
səfərlərindən, bir neçə gün
əvvəl vüsət alan "Klassik musiqi festivalı"ndan,
paytaxt rəssamlarının işlərinin
bölgələrdə sərgilənməsindən
söhbət açıb.
Regionların İnkişafına İctimai Dəstək Mərkəzi İctimai Birliyinin sədri Soltan Həmid Məlikov tədbiri Azərbaycan incəsənəti tarixində fövqəladə hal kimi dəyərləndirib. O sərgini Neftçala rəssamlıq məktəbinin rəsmi təqdimatı adlandırıb. "Həmişə məhşur xalçalarımızla fəxr etmişik. Azərbaycan regionları Şirvan, Gəncə, Quba xalçaları ilə təmsil olunub. Bu gün isə bu tanıtıma Azərbaycan təsviri sənətinin nümayəndələri qoşulur".
Sərgidə Neftçala
rəssamlıq məktəbinin
yaradıcısı olan
Adil Hacıyev, Ağayar Baxşıyev, Aqşin Kazımov, Əlibəy Məhərrəmov
və s. rəssamların əsərləri
nümayiş olunur.
Yeni Azərbaycan.- 2007.-
8 fevral.- S. 8.