Karikaturaçılar Türkiyədə müsabiqədə iştirak ediblər

 

Azərbaycan karikaturaçıları Türkiyədə keçirilən "Aydın Doğan" Beynəlxalq Karikatura Müsabiqəsində iştirak ediblər.

Bu barədə APA-ya məlumat verən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadənin sözlərino görə müsabiqədə birliyin 15                                                                                                                                                                                                                                                                                                                                                                                                                        karikaturaçısı iştirak edib:  "Belə  bir festivalda  Azərbaycan rəssamlarının da iştirakı   təqdirəlayıq haldır. Bundan sonra davamlı olaraq bu cür müsabiqələrdə təmsil olunacağıq Bu, Azərbaycan karikatura məktəbinin inkişafından xəbər verir"

B.Hacızadə qeyd edib ki,  ümumilli, mlisabiqədə 80-ə yaxın ölkənin 1700 rəssamı iştirak edib. Onların içindən isə 150 rəssamın əsəri kataloqa salınıb ki, onların arasında azərbaycanlı rəssamların rəsmləri var.

Bununla yanaşı. B.Hacızadənin müəllifliyi ilə "Müasir Azərbaycan karikaturası" adlı kitab üzərində iş gedir. Kitabın apreldə təqdim olunacağını bildirən müəllifin sözlərinə görə, topluda müasir karikaturaçılar haqda məlumatlar, bu sənətin incəlikləri barədə yazılar dərc ediləcək.

 

Ekspress.- 2007.- 3-5 fevral.- S.15.