Quliyeva Z.

 

Karikaturaçılarımız Türkiyədə

Azərbaycan karikaturaçıları Türkiyədə keçirilən "Aydın doğan" beynəlxalq karikatura müsabiqəsində iştirak etmişlər. Müsabiqədə Azərbaycan Karikatura Rəssamlar Birliyinin 15 üzvü iştirak edib onların əsərləri yer alıb.
Qeyd edək ki, ümumilikdə müsabiqədə 80-ə yaxın ölkənin 1700 rəssamı iştirak edib. Onlardan yalnız 150 nəfərin əl işi kataloqa salınıb. Belə bir müsabiqədə Azərbaycanın karikaturaçı-rəssamlarının iştirakı yer alması təqdirəlayiq işdir. Karikaturaçılarımız bundan sonra da davamlı olaraq bu cür müsabiqələrdə iştirak edəcəklər. Yeri gəlmişkən, Bayram Hacızadənin müəllifliyi ilə "Müasir Azərbaycan karikaturası" adlı kitab hazırlanır. Aprel ayında təqdimatı gözlənilən yığıncaqda müasir karikatura ustaları haqqında bu sənətin incəlikləri barədə məlumatlar veriləcəkdir.

Azərbaycan.-2007.-6 fevral.-S.8.